Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:26

Futboldakı qələbə Almaniyanın qlobal liderliyinin rəmzidir


-

New York Times qəzeti yazır ki, almanlar futbol üzrə Dünya Kubokunda qələbəni “global qadirlik rəmzi” kimi görürlər. Onların fikrincə, Almaniyanın Avropa lideri olması hamıya bəllidir, ancaq bu qələbə Almaniyanın dünya lideri olduğunu göstərdi.

Axırıncı dəfə Almaniya Dünya Kubokunu 1990-cı ildə almışdı. O vaxtki qələbə də Almaniyada rəmz kimi qarşılandı. O qələbə birləşmiş Almaniyanın gücünün simvolu oldu. Bu, almanlara və dünyaya vahid Almaniyanın insanların rifahında və ölkənin iqtisadi inkişafında gələcək uğurları göstərdi.

Bəs indiki qələbə nə deməkdir? Bu sualı qəzet Berlində qələbəni bayram edən sıravi almanlara verib. Nitsche soyadlı Berlin sakini bir anlığa fikirləşib cavab verir ki, “iqtisadiyyat yüksələcək. Çünki insanların əhvalı əladır.”

Qəzet onu da yazır ki, indiki Almaniya yığması və onun uğuru Almaniya cəmiyyətindəki müsbət dəyişiklikləri, o cümlədən, məsələn tolerantlığı da əks etdirir. Qəzetin ifadəsi ilə deyilsə, 1990-cı ilin yığmasında bütün oyunçular “ağlar” idi, indi isə əsli qanalı olan qaradərili Boateng var. Və yaxud əsli Tunisdən olan Kedira var.

Günün bütün mövzuları

XS
SM
MD
LG