Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:13

Britaniya, Fransa və Almaniya Rusiyaya qarşı sanksiyalara razılaşırlar

Ukrayna səmasında Malaysia Airlines şirkətinə məxsus Boeing 777 təyyarəsi yerə düşərək partlayıb. 295 nəfər həlak olub.
Təyyarə yerə düşən zaman Ukrayna Rusiyanı öz ərazisindən atılan raketlərlə Ukrayna təyyarələrini vurmaqda ittiham edirdi.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

21:33 14.7.2014

Donbassda iyulun 14-ə olan vəziyyət

Donbassda tərəflərin mövqeləri və əsas toqquşmların baş verdiyi əraziləri əks etdirən xəritə
Donbassda tərəflərin mövqeləri və əsas toqquşmların baş verdiyi əraziləri əks etdirən xəritə

Ukrayna Təhlükəsizlik şurasının yaydığı xəritəyə əsasən toqquşmalar Donetsk şəhəri ətrafında, Luqansk aeroportu və Ukrayan-Rusiya sərhəd mənətələri yaxınlığında baş verir.

22:26 14.7.2014

UKRAYNA TƏYYARƏÇİLƏRİ SEPARATÇILARIN ƏLİNDƏ


İyulun 14-də Luqansk vilayətinin ərazsində vurulan AN-26 təyyarəsi haqda ziidəyli məlumatlar gəlir. İlkin olaraq xəbər verilirdi ki, təyyarədə 20 nəfər olub. Sonradan Ukrayna rəsmiləri orada ancaq 7 nəfər heyət üzvü olduğunu bildirirlər və deyirlər ki, təhlükəsizlik qüvvələri onların axtarışı üzrə əməliyyat aparırlar. Sosial mediada təyyarəçilərin paraşütlə hoppandıqları haqda xəbərlər yayılıb. Həmin əraziyə separatçılar nzaərt edirlər. Ukrayna hərbi komandanlığı təyyarənin Rusiya ərazisindən vurulduğunu təxmin edir. Xatırldırıq ki, Donetskin şərqində mart ayından başlayan hərbi münaqişədə Ukrayna ordusunun vurulduğu 4-cü təyyarədir (1 halda zədə alan təyyarə aeroporta dönə bilib)

22:41 14.7.2014

DONETSKDƏ DÖYÜŞƏN ERMƏNİSTANLI YARAQLININ ETİRAFLARI

Ukraynada Rusiyameylli yaraqlılara kömək üçün Donetskə gedən Ermənistan vətəndaşı Artur Gasparian may-iyun aylarında Donetsk separatçılarının "Vostok" batalyonunda döyüşüb. Rusiyameylli dəstələrin Ukrayna ordusuna qarşı apardığı ən qanlı döyüşlərdə iştirak edib. Sonradan hərəkətindən peşman olub separatçılardan qaçmağa üz tutub. AzadliqRadiosunun müxbiri ilə söhbətində Gasparian Donbass separatçları arasındakı münasibətlərdən, Rusiya ərazisindəki hazırlıq bazalarından, yaraqlıların Ukrayna sərhəddindən necə keçməsindən danışır. Ən maraqlı eizodlardan birində separatçıların bir-birini necə öldürməsi haqdadır. Onunla müsahibəni oxumağa dəyər.

22:57 14.7.2014

SEPARATÇILARIN GÜCÜ


Luqanks şəhərində iyulun 13-də çəkildiyi iddia olunan bu bir neçə dəqiqəlik videoda kamera qarşısından 5 ağır tank, 7 zirehli texnika, zenit və reaktiv artilleriya qurğuları, toplar, çoxlu mülki tıhcizat maşınları keçir. Donbass əsl müharibə zonasıdır...

Davamı

XS
SM
MD
LG