Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:04

Ukraynada təyyarə vurulub, 49 hərbçi həlak olub [Video/Foto]


-
Ukrayna Prokurorluğu Luqanskda «İl-76» hərbi-nəqliyyat təyyarəsində olan 49 nəfərin öldüyünü təsdiqləyib.

Prokurorluğun məlumatında bildirilir ki, iyunun 14-nə keçən gecə Luqansk hava limanında yerə enərkən Ukrayna Silahlı Qüvvələrinin hərbi-hava təyyarəsi vurulub.

Təyyarənin göyərtəsində 9 ekipaj üzvü və 40 hərbçi olub.

Ukrayna prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.

Təyyarə rotasiya üçün şəxsi heyət daşıyırmış. Təyyarədə hərbi texnika, avadanlıq və ərzaq olub.

Təyyarənin zenit qurğusundan və iriçaplı pulemyotla vurulduğu bildirilir.
XS
SM
MD
LG