Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:29

-

Elnur Astanbəyli: “Mən nəyisə havadan yazmamışam, konkret müsahibəyə istinad etmişəm”.

“Qurultayımızın belə uğurlu keçməsi müəyyən adamları yandırıb yaxır”.

Bu fikir Azərbaycan Yazıçılar Birliyinin son bəyanatındandır. AYB.az saytında bəyanat “Bütün yazıçılara hədyan püskürən kəmsavada CAVAB” başlığı ilə yayılıb.

AYB bildirir ki, «Azadlıq» qəzetində və qismən də «Yeni Müsavat»da iki (bəzən üç) adamın daima Yazıçılar Birliyi haqqında “böhtan, söyüş, təhqir dolu köşə yazıları” dərc olunur.

Bəyanatda adı çəkilməsə də, “Azadlıq” qəzetinin köşə yazarı Elnur Astanbəylinin yazılarına, xüsusən də Türkiyənin Azərbaycandakı səfirininə istinadla yazıdqlarına sərt reaksiya verilir.

Yazıda AYB-nin sədri Anarın Türkiyə sevgisi şübhə altına alınır, deyilir ki, vaxtilə səfir Altan Karamanoğlu Anardan konsulluğun kirələməsi üçün AYB-nin Səadət Sarayındakı otağını istəyib, amma “yox” cavabı alıb. Daha sonra Karamanoğlu məsələni prezident Ayaz Mütəllibova açandan və Mütəllibov Anara zəng edəndən sonra nəhayət ki, otaq konsulluğa verilib.

AYB bildirir ki, əvvəla, AYB-nin Səadət Sarayında heç vaxt otağı olmayıb, Karamanoğlu o zaman AYB-nin binasında birinci mərtəbəni istəyib, buna isə Anar yox, AYB-nin İdarə Heyəti mənfi cavab verib.

Bəyanatda deyilir ki, Anara Türkiyədə yüksək dəyər verilir, orada çoxsaylı ödüllərə layiq görülüb, əsərləri dəfələrlə çap edilib.

AYB bildirir ki, onu tənqid edənlər faktları təhrif edirlər:

“Bilirik ki, yalanlarını ifşa edən bu faktların heç birinə cavab verə bilməyəcəklər. Əvəzində hıqqanıb yeni böhtanlar uyduracaqlar. Uydursunlar, ayrı əllərindən nə gəlir ki?”

Bəyanatda ittiham olunan yazarın da mövqeyini öyrəndik.

E.Astanbəyli dedi ki, o, yazını “havadan yazmayıb”, “Aydınlıq” qəzetində getmiş konkret müsahibəyə istinad edib:

“Bu fikirləri Karamanoğlu deyib. Mənsə sadəcə, müsahibədən sitatlar verib nəticə çıxarmışam ki, bu adamların Türkiyə sevgisi saxtadır”.

E.Astanbəyli bildirib ki, AYB ilk dəfə deyil, onun yazılarına bəyanatla cavab verir:

“5 il qabaq AYB-də mənzil bölgüsü haqqında da yazmışdım. Neqativ halları bölüşmüşdüm. O zaman da yekə bir bəyanat vermişdilər. Amma üstündən çox keçmədi ki, elə AYB-nin öz üzvləri bununla bağlı narazılıqlarını dilə gətirdilər, qalmaqal yarandı”.

Bir neçə gün əvvəl isə Anar açıqlama yayaraq bir sıra qəzetlərə, saytlara bundan sonra müsahibə verməyəcəyini, müsahibələrinin təhrif edildiyini bildirmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG