Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:44

Məmməd İsmayıl: «Anarı müdafiə etməyin mənası yoxdur»


Məmməd İsmayıl
Məmməd İsmayıl
-
Şair Məmməd İsmayıl iyunun 17-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) XII qurultayında sərt çıxış edib.

Kulis.az-ın qurultayda iştirak edən əməkdaşının verdiyi məlumata görə, o, qurultayın başqa cür keçiriləcəyini gözlədiyini deyib, bildirib ki, Anarı müdafiə etməyin mənası yoxdur. Onun fikrincə, alternativ fikirlərə yer vermək lazımdır:

«Biz bilirik AYB-yə necə üzv qəbul olunublar. 500 manatla üzv qəbul edirlər!.. Alternativ fikirli gənclik niyə burda yoxdur?»

Anar Məmməd İsmayılın çıxışına münasibət bildirərək, söyləyib ki, «siz uzun müddətdir ölkədə yoxsunuz, ona görə ədəbiyyatın vəziyyətini dəqiq qiymətləndirə bilmirsiniz».

Şair Ənvər Əhməd də çıxışında Məmməd İsmayılı ittiham edib, onun 500 manata üzv qəbul olunması ilə bağlı fikirlərinə etirazını bildirib. Məmməd İsmayıl yerdən Ənvər Əhmədə cavab vermək məcburiyyətində qalıb.

Ənvər Əhməd çıxışında Anarı xeyli tərifləyib. Buna münasibət bildirən namizəd belə deyib: «Məni çox tərifləməyin, bəzilərinin qarnı ağrıyır!».
XS
SM
MD
LG