Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:46

«Rəqibini gərək yeyəsən, yeyə bilməyəndə, heç olmasa, dişləyəsən» - Mətbuat icmalı


-

Avropa Birliyi deyir ki, o, diktatorları yox, demokratları dəstəkləməlidir, bəs Azərbaycan gələndə niyə belə olmur?

Suarezin rəqibini diləməsi haqda psixoloqlar və sıravi adamlar nə deyir?

Yerevan və Ankara yeni eraya qədəm qoya bilər, bir şərtlə.

Dünya mediası bu gün nədən yazır?

QIRILMIŞ RUH

Al Jazeera.com “Azərbaycan: amputasiya olunmuş ruh” məqaləsində yazır ki, 2011-ci ildə Ərəb Baharı vaxtı Avropa Birliyinin genişlənmə komissarı Fule deyirdi ki, “biz diktatorları yox, demokratları dəstəkləməliyik”.

3 il sonra diktatorları dəstəkləmək bəyanatının axırı nə oldu? Avropa Şurasının ətrafında olan diktatortluqlara nümunə Azərbaycandır. Mayın 15-də Azərbaycan AŞPA Nazirlər Komitəsinə sədrliuyə başlamazdan bir neçə gün əvvəl AŞPA prezidenti Anne Brasseur Azərbaycan hökumətini təcili olaraq söz azadlığı, toplaşma azadlığı sahələrində pisləşən vəziyyətlə bağlı tədbir görməyə çağırdı.

Al Jazeera yazır ki, Şura üzvü olan ölkələrdə yaxşılığa doğru heç nə dəyişmirsə və cəza tədbiri görülmürsə, onda Şura öz fikrini və davranışını dəyişməlidir. 2000-ci ildə Çeçenistana görə, indi də Krıma görə Şura Rusiyanın üzvlüyünü dayandırmışdı. Bəs Azərbaycana gələndə niyə yanaşma fərqlidir?

Azərbaycanda başqasının ərazisinin anneksiyası yoxdur, ancaq insan haqları sahəsində və dissidentlərin həbsi həyəcan doğurur.

Azərbaycan 13 ildir ki, Avropa Şurasının üzvüdür və Azərbaycanda çox az şey dəyişib. Hazırda 10 jurnalist, 5 bloqqer və 8 gənc fəal həbsdədir. 2013-cü ildə Amnesty international təşkilatının hesabatına görə, Azərbaycanda azı 19 vicdan məhbusu vardı.

SUAREZİN DİŞLƏMƏYİ

Dünya çap mediası və sosial media Uruqvayın hücumçusu Luis Suarezin italiyalı müdafiəçini dişləməsini geniş müzakirə edir.

Facebookda biri yazıb: “ Böyük idmanda, siyasətdə, biznesdə rəqibi gərək yeyəsən, yeyə bilməyəndə heç olmasa, dişləyəsən”.

Uruqvayda 53 yaşlı qadın Reutersə deyib ki, “Suarezin meydanda rəqibi dişləməsi biabırçılıqdır”.

20 yaşlı tələbə qız isə deyib ki, “qələbə qazanmaq üçün dişləmək lazımdırsa, gərək dişləyəsən”.

Müzakirələrə hətta ölkə prezidenti qatılıb. Uruqvay prezidenti Jose Mujica deyib ki, "biz Suarezi alim, mühəndis vəzifəsinə seçməmişik ki, ondan gözəl davranış tələb edək. O böyük idmançıdır".

Prezident jurnalistlərə deyib ki, Suarezin kimisə dişləməsini o görməyib. Ancaq o biri futbolçuların bir-birini təpikləməsini görüb.

Prezident hesab edir ki, oyundan sonra təkcə Suarezin hərəkətini araşdırmaq, o biri hərəkətləri araşdırmamaq ədalətsizlikdir.

Reuters Britaniyanın psixoloqlarından soruşub ki, Suarez niyə belədir? O, birinci dəfə 2010-cu ildə Hollandiya birinciliyində rəqibi dişlədi, sonra 2013-cü ildə İngiltərədə rəqibini dişlədi, indi də Dünya Kubokunda.

Bir ekspert deyib ki, Suarez rəqibini dişləməyi tərgidə bilər. Ancaq bu, uzun müalicədir.

Başqa ekspert deyib ki, bu, stressə Suarezin reaksiyasıdır. Böyük idmanda stress böyükdür. Heç də hamı stressin öhdəsindən gələ bilmir.

Bir psoxoloq isə hesab edir ki, əsas olan - Surezin öz hərəkətini necə qiymətləndirməsidir. Əgər o, bu hərəkətinin pis olduğunu baş düşürsə müalicə oluna bilər, yox , əgər başa düşmürsə, onun işi çətindir.

Guardian qəzeti isə yazır ki, FİFA da öz dişini Suarezə göstərməlidir.

İndi məlum olan bir maraqlı fakt da odur ki, Dünya Kubokunda Uruqvay oyunlarından qabaq dünyanın ən böyük mərc şirkətlərində mərc gəlirlərmiş ki, Suarez bu oyunda rəqibi dişləyəcək yoxsa yox. Onun dişləməyindən pul udanlar var.

Ancaq Suarezin dişləməyi ona ciddi maddi ziyan vura bilər. Onun 50 milyon avroya Real Madrid Klubuna keçməyinə əngəl yarana bilər.

Bir çox şirkətlər Suarezlə əməkdaşlığı dayandırıb. Bunlardan biri internetdə poker oyunlarını təşkil edən 888 şirkətidir. Suarez onun təmsilçisi idi.

Adidas da FİFA-nın Suarezlə bağlı qərarını gözləyir. Adidasın da Suarezlə reklam müqaviləsi var.

İyunun 26-da FİFA qərar verdi. FİFA uruqvaylı futbolçu Suarezi italiyalı müdafiəçini dişlədiyinə görə Dünya Kuboku yarışlarından uzaqlaşdırdı. O, Dünya Kubokunun 9 oyununu buraxmalıdır.

Bundan başqa Suarezə 4 aylığa istənilən futbol fəaliyyəti qadağan olunur.

Suarez 100 min isveçrə frankı (təxminən 110 min dollar) məbləğində cərimə də edilib.

OBAMANIN ZƏİFLİYİ?

New York Times qəzeti oxucusuna müraciət edir ki, “yəqin siz də fikirləşirsiniz ki, Obamanın xarici siyasəti uğursuzdur, çünki New York Times və SBC News-un son sorğusuna görə, amerikalıların cəmi 36 faizi Obamanın xarici siyasətini bəyənir”. Ancaq qəzet yazır ki, Obama Messiya, Xilaskar deyil. Onun xarici siyasətinin iflası fikri də absurddur.

Qəzet yazır : “Bəlkə zəiflik Obamanın zəifliyi yox, bizim zəifliyimizdir?”

YEREVAN-ANKARA YENİ ERAYA QƏDƏM QOYA BİLƏR

Türkiyənin xarici işlər naziri Davutoğlu bildirir ki, Ankara ilə Yerevanın münasibətləri “yeni era”ya daxil ola bilər. əgər erməni diasporu Ankaranın atdığı addımlara oxşar addımlar atsa.

Hürriyyət qəzeti bildirir ki, bunu Davutoğlu Türkiyənin rüblük xarici siyasət jurnalında yazıb.

Davutoğlu xatırladır ki, 1915-ci ildən qabaqki və sonrakı illər Anadoluda yaşayan türklər üçün də faciəvi olub. O vaxt türklər Balkan müharibələrində salamat çıxmaq uğrunda mübarizə aparırdı. Davutoğölu yazır ki, o dövr “birgə ağrı” dövrü idi.

NÜFUZLU BİZNES QRUPU

Financial times qəzeti yazır ki, ABŞ-ın çox nüfuzlu biznes qrupu Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxıb.

Qrup bildirir ki, Rusiyaya qarşı birtərəfli ABŞ sanksiyaları Amerika işçilərinnə və məşğulluğa təsir edir.

ABŞ-ın Milli Manufakturaçılar Assosiasiyasını narazı salan məhz ABŞ-ın birtərəfli sanksiyalarıdır.

Assosiasiyanın vitse prezidenti Dempsey deyir: “Rusiyaya qarşı sanksiyaların əleyhinə deyilik. Ukraynaya görə Rusiyaya təsir etmək üçün sanksiyalar olmalıdır. Ancaq sanksiyalar çoxtərəfli olmalıdır. Yoxsa təkcə Amerika sanskiya qoyanda bunun səmərəsi olmur”.

Assosiasya narahatdır ki, ABŞ-ın birtərəfli sanksiya tətbiq etməyi ilə ABŞ-ın Avropa Birliyi, Yaponiyadakı rəqibləri rəqabətdə üstünlük qazanacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG