Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:54

Bakı meri Dünya Kubukunu kimin qazanmasını istəyir? Serj Sarkisian isə Almaniyaya azarkeşlik edir.

Qeylərə qarşı təhqiramiz ifadəsinə görə gürcü müğənnisi ilə Avstraliya operası müqaviləni kəsdi.

Bagdadi kimdir?

SARKİSİANIN İZAHI

Guardian qəzeti yazır ki, Dünya Kuboku yarışlarında cəmi 32 yığma oynayır, ancaq bu o demək deyil ki, bu sıraya düşməyən ölkələr bu futbol bayramından qıraqda qalıblar.

Bunlar arasında qəzet İsveç, Polşa, Rumıniya, Ermənistan, Ukrayna , Gürcüstanla yanaşı Azərbaycanın da adını çəkir.

Qəzet yazır ki, Bakı meri Hacıbala Abutalıbov indiki Dünya Kubokunda Braziliya yığmasının azarkeşidir.

Facebookda gedən yazıları araşdıran qəzet bildirir ki, bir çox azərbaycanlılar indiki Dünya Kubokunda Rusiyanın uduzmasını istəyir. Bir azərbaycanlı Facebookda yazır ki, “futbol Krım deyil ki, Putin öz tankları, ordusu ilə qalib gələ bilsin”.

Ermənistanda prezident Serj Sarkisian Almaniyanın qalib gəlməsini istəyir. Onun buna maraqlı izahı var. Ermənistan yoldaşlıq görüşündə Almaniyaya 1-6 hesabı ilə uduzdu. İyunun 17-də televiziya ilə çıxışında Sarkisian deyib ki, Almaniya Brazilyada qalib gəlsə, onda Ermənistanın həmin məğlubiyyəti belə ağrıdıcı görsənməyəcək. Bu fikirlə ermənilərin çoxu razılaşır.

QEYLƏR HAQDA İFADƏYƏ GÖRƏ

Avstraliyanın aparıcı opera şirkəti Gürcüstanın opera müğənnisi Tamara İveri ilə müqaviləni dayandırıb. Buna səbəb onun Facebookda homoseksuallar haqda təhqiramiz ifadəsidir.

“Opera Avstraliya” şirkəti bildirib ki, İveri Sidney Operasında Desdemona rolunu ifa edə bilməyəcək.

Times qəzeti yazır ki, 18 ay bundan qabaq Tbilisidə qey parad keçirilən vaxt Gürcüstan prezidentinə məktub şəklində Facebookda İverinin müraciəti olmuşdu. Orda qeylər “Qərbin nəcis kütləsi” adlandırılırdı.

Bu, Avstraliyada böyük narazılıq dalğası yaratdı.

İverinin Sidney konsertlərini boykot etməyə çağırmağa başladılar.

Sidneydə qey icması çox güclüdür.

Opera Avstraliya bildirir ki, İveri ilə müqaviləni dərhal dayandırır.

Brüsseldəki La Monnaie Operası da İverini yaxın tamaşadan çıxarıb.

İveri isə deyir ki, Facebookda o qalmaqallı müraciəti o yox, onun əri yazıb. Əri onun Facebook hesabından istifadə edib.

Tamara İveri deyir ki, onun əri çox dindar adamdır və Tbilisidə kilsənin bir addımlığında qey paradın keçirilməsi onu özündən çıxartmışdı.

İveri bildirir ki, ərinin yazdığı onun fikrini ifadə etmir. İveri beynəlxalq karyerasına 2011-ci ildə Milan La Scala operasından başlayıb.

XARİZMALI TERRORÇU

“Quldurbaşçısı xarizması olan terrorçu”. Bunu Washington Post qəzeti Abu Bakr al-Bagdadi haqda yazır. O, İraq və Suriya İslam Dpvləti təşkilatının lideridir.

Qəzet yazır ki, Uelsin Kardif şəhərindən 8 ay əvvəl gəlib, İSİD-ə qoşulan 20 yaşlı bir müsəlman gəncin videosu yayılıb. Videoda o deyir ki, “Biz Suriyada vuruşmuşuq. İndi İraqa gedirik. Biz hətta Livana, İordaniyaya da gedib, vuruşacağıq. Şeyximiz Bagdadi hara göndərmək istəsə, ora gedəcəyik”.

Qəzet yazır ki, Daily Mail qəzetinin araşdırmasına görə, adı Nasser Muthana olan bu gənc orta məktəbi qurtarandan sonra Britaniyanın 4 tibbi ali təhsil məktəbinə qəbul olunubmuş. O niyə bunları atıb, vuruşmağa gedib?

Bagdadinin belə gəncləri ruhlandıra bilməsi ABŞ rəsmilərii narahat edir. ABŞ-ın əks-terrorizm mütəxəssisi deyir ki, Bagdadi ambisiyalı liderdir, o, taktikanı və belə görünür ki, hərbi strategiyanı bilir.

Bagdadi Osama bin Ladendən və İraqdakı əl-Qaida lideri Abu Musab al-Zarqavidən daha güclü liderdir. O, mülki əhalini qorxutmağın zorakı üsullarından istifadə edir. O, mütəşəkkil cinayətkar qrupun necə fəaliyyət göstərməsi ilə yaxından tanışdır. O, ABŞ hərbçilərinin nəzarətyində olan Camp Bucca həbsxanasında bir müddət həbsdə yatıb. O heç vaxt İraqdan və Suriyadan qırağa çıxmayıb. Onun təşkilatı sosial mediadan da çox bacarıqla istifadə edir.

Bagdadai haqda məlumat çox azdır. Qəzet yazır ki, “onun atası qəbilənin ağsaqqalıdır və dindardır. Babası da mömin olub.” Bagdadi nadir hallarda çıxış edir. Ancaq onun “dili kəskindir və ağıllı danışır”.

KÜRDÜSTAN?

Wall Street Journal qəzeti sual verir ki, Kürdüstan dövlətinin yaradılmasının vaxtı çatıbmı?

Qəzet yazır ki. Yaxın Şərqdə sərhədlər itir. ABŞ öz diplomatiyasını bu dəyişən vəziyyətə uyğunlaşdırmalıdır.

“İraqdakı kürdlərin özləri müəyyən etməlidir ki. yaşadıqları qurumun adı və növü necə olmalıdır”.

Bu, Türkiyənin baş naziri Erdoganın sözçüsününün dedikləridir və Türkiyənin İraqdakı kürdlərə münasibətində kəskin dəyişikliyi göstərir. Türkiyə son 5 ildə İraq Kürdüstanına böyük investisiyalar edib, buranın paytaxtı olan Ərbildə konsulluq açıb.

Qəzet yazır ki, əgər Türkiyə öz siyasətində belə dəyişiklik edirsə, ABŞ da edə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG