Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:25

-

Dünya Çempionatının D qrupunda Uruqvay-İtaliya qarşılaşmasında yadda qalan təkcə Uruqvayın İtaliyanı 1:0 hesabı ilə məğlub etməsi olmadı. Yadda qalan məqamlardan biri də Suarezin rəqibini dişləməsi idi.

Uruqvayın və Liverpool-un ulduzu Luis Suarez bu dəfə italiyalı müdafiəçi Chiellininin çiynini dişlədi. Hakim bundan sonra da oyunu davam etdirdi. İndi Suarezin bundan əvvəlki «dişləmə» təcrübələrində olduğu kimi cəza alıb almayacağı maraq doğurur.

FIFA dişləmə ilə bağlı araşdırmaya başlandığını bildirib.

Dişləmə çempionatdan əvvəl mərc saytlarının da əsas mövzusu olub. Mərc saytlarının qoyduğu maraqlı suallar sırasında «Suarez rəqibini dişləyəcəkmi» sualı da vardı. Mərcə pul qoyan Norveç vətəndaşı 1000 dollar qazanıb.

BU İLK DİŞLƏMƏ DEYİL

Bundan əvvəl 2013-cü ilin aprelin 21-ə Chelsea ilə Liverpool arasında keçirilən qarşılaşmada Suarez Chelse-nin oyuncusu Ivanovici də dişləmişdi. Bu hadisədən sonra İngiltərə Futbol Federasiyası Suarezi 10 oyunluq cəzalandırmışdı.

Daha əvvəl – 2011-ci ildə isə Suarez Hollandiyada Ajax formasını geyinərkən Feyenoord qarşılaşmasında rəqibi Otman Bakkalı dişləmişdi.

XS
SM
MD
LG