Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:39

Dünyada iblis axtarışı - Mətbuat icmalı


-

1-ci dünya müharibəsinin 100 illiyidir - müharibə iblislə davadırmı?

İran və İSİD əslində gizli müttəfiqdirmi?

Amerikalıların çoxu fikirləşir ki, Obama xarici siyasətin öhdəsindən gəlmir.

Rublu qlobal valyutaya çevirmək illüziyadır

Dünya mediası bu gün nədən yazır?

MÜHARİBƏ VƏ İBLİS

Washington Post qəzeti yazır ki, düz 100 il qabaq iyunun 28-də 1-ci dünya müharibəsi başlandı.İndiyə kimi onun səbəbləri haqda müxtəlif nəzəriyyələr irəli sürülür. Ancaq 1-ci dünya müharibəsinə 2-ci dünya müharibəsinin kişik qardaşı kimi baxılır. Yəqin ona görə ki, 1-ci dünya müharibəsində Hitler, Stalin kimi fiqurlar olmayıb. Qəzet yazır ki, insanlar ümumiyyətlə, bütün prosesləri hər hansı bir şəxslə bağlamağı xoşlayırlar. Hətta Holokostdan sonra belə bir fikir hakim kəsildi ki, iblis məsələsi müasir dövrün əsas məsələsidir. Bu nəzəriyyə o qədər güclüdür ki, neçə illər sonra ABŞ prezidenti Buş öz siyasətini yeritmək üçün öz mübarizəsini İblislə, şərlə mübarizə kimi qələmə verirdi və uyğun anlayışlardan istifadə edirdi , məsələn, “şər məhvəri”. Buş İrana, İraqa, Şimali Koreyaya “şər məhvəri” deyirdi.

Qəzet yazır ki, 2-ci dünya müharibəsində iblisi tapmaq asandır. 1-ci dünya müharibəsində isə çətindir.

Qəzetin fikrincə, 1-ci dünya müharibəsi çaşqınlıq, qarışıqlıq, ticarət, silahlanma, millətçilik kimi müxtəlif amillərin qarışığı idi. Belə vəziyyət indi də təkrar olunur.

Hazırda Yaxın Şərqdəki vəziyyət 1-ci dünya müharibəsinə bənzəyir. İraq parçalanır, Suriyanın sərhəddi yalnız xəritədədir. Kürdüstan yaranır.

GİZLİ MÜTTƏFİQLƏR

Foreign Policy dərgisi yazır ki, Amerika İraq və İslam İslam Dövləti Təşkilatını məğlub etmək üçün İrana göz dikir, ancaq işin içində olanlar deyir ki, bu iki düşmən – İran və İSİD əslində gizli şərikdirlər.

Polkovnik Derek Harvey Foreign Policy-yə deyir ki, İranın təhlükəsizlik xidmətlərində İraq və Suriya İslam Dövləti təşkilatının işini quranların olmasına şübhə etmir.

MOBİL TELEFONA YENİ PROQRAM

Amnesty İnternational təşkilatı mobil telefonlar üçün yeni proqram hazırlayıb.

Bu proqram insan oğurluğu, insan alveri, işgəncələrlə mübarizə üçündür.

Proqramın adı Panic Button-dur. O, Google-un PlayStore-unda var.

Amnesty İnternational bildirir ki, bu, gizli həyəcan düyməsidir. Təhlükə ilə üzləşən adam dərhal düyməni basır və həhlükə haqda SMS bütün şəbəkəyə yayılır.

ANDLILAR MƏHKƏMƏSİ AZƏRBAYCANA UYĞUN DEYİL?

Guardian qəzeti yazır ki, Azərbaycan andlılar məhkəməsi ideyasını rədd etdi. Hakim partiya hesab edir ki, bu Qərb anlayışı – andlılar məhkəməsi Azərbaycanda işləyə bilməz.

İnsan haqları müdafiəçiləri isə hesab edirlər ki, andlılar məhkəməsi ideyasından imtina etməklə hakimiyyət ədliyyə sistemini buxovda saxlamaqda davam edəcək.

Qəzet yazır ki, Cənubi Qafqazda Azərbaycan andlılar məhkəməsini rədd edən yeganə dövlət deyil. Ermənistanın da baş prokuropru və Konstitusiya məhkəməsinin sədri hesab edir ki, andlılar məhkəməsi Ermənistanda işləyə bilməz.

Gürcüstan andlılar məhkəməsini 2011-ci ildə tətbiq edib, ancaq bunun istifadəsinə ciddi məhdudiyyətlər qoiyub.

DEMORATLAR ÖZ PREZİDENTLƏRİNDƏN DAHA ŞOX NARAZIDIR

New York Times qəzeti yazır ki, ABŞ-da keçirilən son sorğu amerikalıların prezident Barack Obamanın xarici siyasətindən narazılığının artdığını göstərir. 58 faiz Obamanın xarici siyasətini bəyənmir. Bu, əvvəlki sorğu ilə müqayisədə 10 faiz çoxdur.

O da maraqlıdır ki, Obamanın öz partiyası olan demokrat partiyası tərəfdarları arasında prezidentin xarici siyasətindən narazılıq xüsusilə güclüdür. Demokratların 70 faizi Obamanın bir prezident kimi xarici siyasətin öhdəsindən gəlmədiyi fikrindədir.

Amerikalıların 52 faizi hesab edir ki, Obama İraqdakı vəziyyəti də düzgün yoluna qoya bilmir.

37 faiz isə hesab edir ki, əksinə, Obama İraqla bağlı düzgün hərəkət edir.

İraqdakı vəziyyəti düzəltməkdə İranla əməkdaşlığa razı olan amerikalılar 50 faizdən bir qədər çoxdur.

66 faiz isə hesab edir ki, 21-ci əsrdə ABŞ-ın məqsədlərinin nə olduğunu Obama izah edə bilməyib,

RUBL DÜNYA PULU?

Wall Street Journal qəzeti sual verir ki, rubl qlobal pul vahidi olmalıdırmı? Və ola bilərmi?

Kreml rublun qlobal rolunu artırmaq istəyir. Kreml çalışır ki, rubl ölkələr üçün rezerv, ehtiyat valyuta olsun. Ancaq Rusiya parlamentinin maliyyə tənzimləməsi şurasının ekspertləri bu fikirdədir ki, Rusiya buna hazır deyil.

Qəzert yazır ki, pulun qlobal valyutaya çevrilməsi üçün ölkədə iqtisadi sabitlik olmalıdır, inflyasiya proqnozlaşdırıla bilməlidir, inkişaf etmiş maliyyə və kredit bazarı olmalıdır.

Moskvanın İnterbank Valyuta assosiaisyasının prezidenti Mamontov deyir ki, rublu qlobal pula çevirmək söhbətlərinin əsası yoxdur. O deyir ki, bunlar real məqsədləri lllüziyalı layihələrlə əvəz etməkdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG