Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:17

İranın ali lideri ABŞ-ın İraqa müdaxiləsinə qarşı çıxır


İranın ali dini rəhbəri Ayatollah Ali Khamenei

İranın ali dini rəhbəri Ayatollah Ali Khamenei


İranın ali dini rəhbəri Ayatollah Ali Khamenei Birləşmiş Ştatların və ya başqasının İraqa müdaxiləsinə qarşı çıxır. O, iraqlıların öz ölkələrində zorakılığa son verəcəyini düşünür.

İran mediası iyunun 22-də Khamenei-yə istinadla yazıb ki, o, İraq hökumətinin, millətinin və dini rəhbərliyinin qiyamı yatıracağına inanır.

Khamenei-nin sözlərinə görə, mübahisə İraqın ABŞ-a birləşməsini və müstəqilliyini istəyənlər arasındadır. Khamenei İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlılarının adını çəkməyib. İranın İraqda şiələrin müqəddəs yerlərini qorumaq üçün hərbi müşavirlərini göndərməsinə dair məlumatları da şərh etməyib.

ABŞ prezidenti Barack Obama iyunun 19-da deyib ki, Birləşmiş Ştatlar İraqa 300 əsgər göndərəcək. Onlar İŞİD-ə qarşı savaşın koordinasiyasına yardım göstərəcək, ancaq ABŞ döyüşdə iştirak etməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG