Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:31

ABŞ Prezidenti Barack Obama Rusiya prezidenti Vladimir Putini Ukraynada sülhü dəstəkləməyə çağırıb. Deyib ki, Moskva ölkədə gərginliyin azalması üçün tədbirlər görməsə, Moskva bunun əvəzini ödəyəcək.

Ağ Evin məlumatına görə, Obama iyunun 23-də Putinlə telefonla danışıb, onu sərhəddən silah və material keçirilməsini, eləcə də Kremlin «yaraqlılar və separatçılara» dəstəyini dayandırmağa çağırıb.

Obama bildirib ki, Vaşinqton durumun sakitləşməsi üçün konkret tədbirlər görməsə, Rusiya əlavə sanksiyalarla üzləşə bilər.

Məlumata görə, Putin Ukrayna rəsmiləri ilə Ukraynanın şərqindəki rusiyayönlü separatçılar arasında birbaşa danışıqların vacibliyini vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG