Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:46

Ukrayna ordusu yeni itkilər verir [Live-bloq]

Prezident seçkilərinə bir neçə gün qalmış Donbass vilayətində yeni döyüşlər olub. Ukraynanın separatizm problemi prezident namizədləri arasında əsas təbliğat mövzusudur

- Donetsk vilayətinin Volnovaxa şəhəri yaxınlığında hərbi karvana hücum nəticəsində Ukrayna ordusunun 8 əsgərİ ölüb, 18-i isə yaralanıb.

- Separatçılar Luqansk vilayətinin Dovjansk sərhəd məntəqəsinə hücum ediblər. Ukrayna rəsmiləri bildirir ki, yaraqlılar Rusiyaya keçmək istəyiblər

- Ukrayna təhlükəsliz qüvvələrinin Donbassda həbs etdikləri Britaniyalı bloqqer öz ölkəsinə qaytarılıb. Onunla həbs olunan 2 rus jurnalisti isə terrorçuluqda ittiham olunaraq həbsdə saxlanılır.

- Ukrayna oliqarxı Akhmetov Donbass əhalisini silahlı separatçılara qarşı etirazlara çağırıb. Separatçılar buna cavab olaraq onun müəssisələrinin milliləşdiriləcəyini bəyan ediblər

- Mayın 25-i Ukrayna prezident seçir. Bu posta əsas namizəd biznesmen Petr Poroshenko sayılır.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
14:21 22.5.2014
Rusiyameylli yaraqlılar Sloavyansk şəhərində. 21 may 2014
Rusiyameylli yaraqlılar Sloavyansk şəhərində. 21 may 2014
AzadliqRadiosu Ukrayna xidmətinin xəbər lentindən

- Separatçılar hərbi əməliyyatlar zonasını genişləndirməyə çalışırlar. Donetskdən təqribən 60 km aralı olan Volnovaxa rayonunda Ukrayna ordusuna pusqudan hücum olub. Ukrayna Təhlükəsizlik şurasının nümayənəfəsi 8 hərbçinin həlak olduğunu, 18 əsgərin isə yaralandığını bildirir. Bu, indiyədək Ukrayna ordusunun 1 hücumda üzləşdiyi ən böyük itkidir.

- Ukrayna sərhəd qoşunları komandanlığı xəbər verir ki, mayın 22-də Luqansk vilayəti ərazsində, Ukrayna-Rusiya sərhəd keçid məntəqəsinə Ukrayna tərəfdən hücum olub. Bildirlir ki, mühasirədə olan separatçılar Rusiyaya keçmək cəhdi göstəriblər, lakin sərhədçilərin cavab atəşindən sonra geri çəkiliblər. Bu məntəqədə bir müddət əvvəl özünü Luqansk xalq repsublikasının qubernaotru elan etmiş Valeriy Bolotov saxlanmışdı. Lakin 200-ə yaxın rusiyameylli yaraqlı sərhəd məntəqəsində hücum edərək onu azad etməyə müəssər olmuşdular. Bu məntəqə Rusiyadan Ukrayna separatçılarına silah və canlı qüvvə yardımının çatdırılması üçün strateji əjəmiyyət kəsb edir, son günlər Ukrayna silahlı qüvvələri hesabına onun mühafizəsi gücləndirlimişdi.
14:58 22.5.2014

Donetskin Volnovaxa rayonundan ağır döyüşlərdən həvəskar çəkiliş. Kadrarxası söhbətlərdə qadınlar deyir ki, daha belə yaşamaq mümkün deyil, ərazini tərk etmək istəyən yerli sakinlərin qarşısını kəsir, maşınlarını əllərindən alırlar, adamlar məcburdurlar ərazini piyada tərk etsinlər.

Ukrayna rəsmiləri bu döyüş haqda xəbər verirlər ki, Ukrayna təhlküəsizlik qüvvəlrinin rayonda qurduğu nzarət keçid məntəqəsi gözlənilmədən güclü hücuma məruz qalıb.
15:06 22.5.2014


Luqansk separatçılarının lideri, özünü vilayətin qubernatoru elan edən Valeriy Bolotov hərbi səfərbərlik elan etdiyini bildirir.

Davamı

XS
SM
MD
LG