17:08
22.5.2014
#Ukrayna Rusiyanı ittiham edir və... http://t.co/zSA0ktkl4s
— AzadliqRadiosu (@RadioAzadliq) 22.5.2014
17:29
22.5.2014
UKRAYNANIN ŞƏRQİNƏ KİM NƏZARƏT EDİR?
Bu suala cavab vermək olduqca çətindir. Donetsk və Luqansk vilayətlərinin müxtəlif şəhərlərindən silahlı toqquşmalar haqda xəbərlər gəlir. Lakin separatçılar bu vilayətlərə tam nəzarət edə bilirlərmi? Məsəslən, Slavyansk şəhərinin Ukrayna qoşunlarının mühasirəsində olduğu deyilıir, elə isə separatçılar Kramatorsk rayonuna necə gedib-gəlirlər? Ukraynanın şərqindən gələn xəbərlər ona görə bir-birinə zidd olur ki, bu 2 vilayətin ərazisi nzarət zolaqlarına parçalanıb və belə bir təxmini mənzərə yaranır. Aşağıdakı infoqrafikadakı rənglər hansı ərazilərin kimin nəzarətində olduğunu göstərir
Sarı - Ukrayna daxili işlər nazirliyinə tabe olan "Donbass" könüllülər batalyonu
Mavi - Ukrayna daxili işlər nazirliyinə tabe olan "Azov" könüllülər batalyonu
Çəhrayı - Ukrayna Milli qvardiyasının, DİN və ordunun birgə əməliyyat birləşmələri
Qırmızı - Vəziyyətin daim dəyişdiyi bu ərazilərdə təhlkükəzislik qüvvələrinin aktiv antiterror əməliyyatları apardıqlarını deyirlər
Qara - Vacib əhəmiyyət kəsb edən obyektlərin əsasən yaraqlıların əlində olduğu ərazilər
Boz - Əsasən yaraqlı separatçıların nəzarətində olan rayonlar
18:39
22.5.2014
Britaniya şahzadəsi #Ukrayna-ya görə Putini Hitlerə bənzətdi, Rusiya qəzəbləndi http://t.co/RkqlRiGOwM
— AzadliqRadiosu (@RadioAzadliq) 22.5.2014
18:50
22.5.2014
Evi yanan Slavyansk sakini Ukrayna hakimiyyətini ittiham edir. Lakin separatçıların YT-da yerləşdirdiklən bu videodan görünür ki, həmin ərazidən Ukrayna ordusunun mövqeləri atəşə tutulub. Videonun sonunda (8:30-dan sonra) yaraqllardan biri yoldaşına irad tutur ki, niyə dinc sakinlərin evlərinin yanından atəş açır. "Sizə görə evi yandırdılar" deyir