Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:41

İnternat məktəbinin şagirdi müəlliminin onu necə döydüyünü izah edir (VİDEO)


Nahid Cavadov
Nahid Cavadov
.


Mayın 21-də YouTube portalında Suraxanı rayon 7 saylı internat məktəbində müəllim tərəfindən döyüldüyü iddia olunan ikinci sinif şagirdi Nahid Cavadovun videosu yayılıb. Video portala mayın 21-də İlham Hüseynov adlı şəxs tərəfindən yüklənib.

Videogörüntülərdə gözlərinin altı qaralmış şagird, Afaq adlı müəllim tərəfindən taxta ilə döyüldüyünü bildirir. O, müəllimin ondan başqa daha iki şagirdi də döydüyünü iddia edir.

Uşağın dediklərini burada izlə:
“Birinci Nurlanı döydü, sonra da Arzunu. Onlar getdi, mən qaldım. Müəllim məni möhkəm döydü, başıma taxta ilə vurdu, mən də ağladım”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə müdiri Orxan Mənsurzadə isə mayın 20-də AzadlıqRadiosuna Nahid Cavadovun döyülmədiyini, qaçarkən yıxıldığını bildirmişdi:
“Hadisə aprel ayında baş verib. Araşdırmalarımız nəticəsində məlum olub ki, ikinci sinif şagirdi, 2006-cı il təvəllüdlü Nahid Cavadov qaçarkən yıxılıb. Şəkildə görünən gözünün altındakı qaraltılar da aldığı zədədən sonra yaranıb?”

Təhsil Nazirliyindən də bildiriblər ki, həmin internat məktəbində araşdırmaya başlayıblar. Nazirlikdən yerli mediaya deyiblər ki, artıq xüsusi komissiya yaradılıb, araşdırmadan sonra qərar veriləcək.
Bu mövzu mayın 21-də AzadlıqRadiosunun "İşdən Sonra" proqramında da ətraflı müzakirə edilib. Müzakirəni burada izlə:
XS
SM
MD
LG