Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:23
-

Mayın 20-də mətbuatda «Dubinka» ilə döyüldüyü bildirilən internat məktəbin 2-ci sinif şagirdi ilə MTN nümayəndəsi də görüşüb.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov AzadlıqRadiosuna bildirib ki, bu məlumat yayılandan sonra Təhsil Nazirliyinin əməkdaşları Bakının Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 saylı xüsusi internat məktəbində olublar:

«May ayının 16-da saat 17:00 radələrində II sinif şagirdi, 2006-cı il təvəllüdlü Nahid Cavadov internat məktəbinin sanitar qovşağında sürüşərək yıxılıb və alın nahiyəsindən zədə alıb. X sinif şagirdi onu yerdən qaldıraraq tərbiyəçinin yanına aparıb və uşağa ilkin yardım göstərilib. Aldığı zədə nəticəsində səhəri gün onun gözlərinin altı qaralıb».

Cəsarət Valehov deyib ki, şagird eyni sözləri dünən internat məktəbinə gəlmiş MTN və DİN-in əməkdaşlarına da söyləyib.

DIN-in mətbuat xidmətindən də dünən yayılan açıqlamada məktəblinin yıxıldığı və zədələndiyi deyilirdi.

Yerli mətbuatda azyaşlı Nahid Cavadovun müəllimlərin biri tərəfindən «dubinka» ilə vurulduğu xəbəri yayılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG