Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:41

28 yaşın ola, o qədər pul qazanasan ki balta kəsməyə


Cosmopolis
Cosmopolis
-

28 yaşın ola, o qədər pul qazanasan ki balta kəsməyə.

Nyu-Yorkda yaşayan birja alverçisi Eric Packer bax bu cür zəngin, həm də çox yaraşıqlı bir gəncdir.

Bir gün yuxudan duranda ağlına bir fikir gəlir.

Saçını uşaq vaxtı atasının onu apardığı bərbərxanada qırxdırsın.

Və əyləşir “təkər üstündə villa”na, yəni dəbdəbəli limuzininə, sürdürür həmin bərbərxanaya.

Bu maşın səs də keçirmir və Eric şəhərin mərkəzindəki - küçə etirazlarına biganədir.

Valyuta bazarında isə böhran başlayıb və qəhrəman müflis də ola bilər.

Yol boyu tamaşaçı, özünün yaratdığı saxta bir dünyada yaşayan, özünü cəmiyyətin problemlərindən təcrid edən Eric-in həyatındakı fatal boşluğun, onun məqsədsiz yaşamının və təhtəlşüur olaraq ölümə, uçuruma doğru çapmasının şahidi olur. (ardı aşağıda)

Film pulun hakim olduğu cəmiyyətdə insanın faciəsini, özgələşməsini göstərir.

Film çağdaş Amerika ədəbiyyatının ünlü isimlərindn olan Don DeLillo-nun romanı əsasında çəkilib.

Maraqlıdır ki, “Cosmopolis” fransız milyarder Eduard Kermanyakın pulu ilə çəkilib. O adam ki özü də sərvətini birjada alverlə toplayıb.

Rejissorun qeyd etdiyinə görə, milyarderi roman qəhrəmanının yaşantıları ilə öz həyatı arasında oxşarlıqlar heyrətə gətirib.

Filmdə Paul Giamatti, Juliette Binoche kimi məşhur aktyorlar çəkilib.

Eric rolunu isə “Harry Potter” haqda filmlərin birində rol almış Robert Pattinson oynayır.
XS
SM
MD
LG