Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:35
-
Avropada ötən il ən çox yerli filmə baxan ölkə, 2012-ci ildəki kimi, yenə Türkiyə olub.

Mərkəzi Strasburqda yerləşən Avropa Audiovizual Rəsədxanasının mayın 12-də açıqladığı məlumata görə, ötən il bu ölkədə kino gəlirlərinin 58 faizi yerli filmlərdən toplanıb. 2012-ci ildə həmin göstərici 47 faiz civarında olub. (Sözügedən qurum (European Audiovisual Observatory) qitənin kino məhsullarının monitorinqi ilə məşğul olur və kassa gəlirlərini də hesablayır – red.)

Yerli filmlərin ən çox göstərildiyi ölkələr sıralamasında Fransa 2-ci (33.8%), İtaliya 3-cü yerə çıxıb (31%).

Əldə edilən gəlir baxımından fərqli mənzərə müşahidə edilib. Ötən il 193 milyon avro ilə Fransa, bir il öncə olduğu kimi, yenə ilk sıranı tutub. Rusiya 177 milyon, İngiltərə 164 milyon avro ilə sonrakı yerlərdə qərarlaşıb. Ən çox yerli film göstərilən ölkələr sıralamasında öndə gedən Türkiyə filmlərin göstərilməsindən 50.3 milyon avro toplayıb.

Avropa Birliyinə daxil ölkələr arasında kino nümayişindən toplanan vəsaitdə ilk dəfə azalma müşahidə olunub. Ötən il AB ölkələrində kassa gəlirləri 4.1 faiz azalaraq bütövlükdə 907 milyon avroya enib.

Günün bütün mövzuları

XS
SM
MD
LG