Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:39
-

Hollywood Nobel mükafatlı Amerika yazıçısı Ernest Hemingway haqda bədii film çəkir.

Özü də Kubada. Yazıçının 21 il yaşadığı, balıq tutduğu, ov etdiyi, rom içdiyi yerlərdə.

ABŞ-ın Maliyyə Nazirliyi 1959-cu ilin Kuba inqilabından bəri ilk dəfə olaraq Amerika filminin Kubada çəkilməsinə icazə verib.

Hemingway özünün ən məşhur “Qoca və dəniz” əsərini də Kubada yazıb.

Nazirlik “Papa” filminin Kubada çəkilməsinə icazə versə də, filmin büdcəsinə məhdudiyyət qoyub (məbləğ açıqlanmır).

Səbəb ABŞ-ın Kubaya qarşı embarqolarıdır.

Bundan başqa kasıb ölkə olan Kubada hələ də xeyli sayda köhnə Amerika maşınlarının qalması da filmin yaradıcı heyətinin karına gəlib.

Hemingway Kuba inqilabını normal qarşılasa da, az sonra, amerikalıların əmlakının müsadirə olunacağından ehtiyat edərək adanı tərk edib.

Hemingway rolunu veteran teatr aktyoru Adrian Sparks ifa edir.

"Guardian"a istinadla oxuzali.az

Günün bütün mövzuları

XS
SM
MD
LG