Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:26

Polis restoran, şadlıq evləri və xaricdən gətirilən tərbiyəçiləri araşdıracaq

Aprelin 4-də İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator Milli Məclisdə 2013-cü ildə görülən işlərin hesabatını verib.

MM-nin iclasında «Tibbi sığorta», «Texniki təhlükəsizlik», «Sahibkarlıq fəaliyyəti», «Nəqliyyat», «Daşınmaz əmlakın dövlət reyestri haqqında» və s. qanunlara dəyişikliklər də müzakirəyə çıxarılıb.

Son xəbərlər yazının yuxarı hissəsində yerləşir.

Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla Canlı bloqumuzu vərəqləmək və əvvəlki saatlarda dərc olunana xəbərlərlə tanış olmaq mümkündür.


15:51 4.4.2014
Foto: Arxiv
Foto: Arxiv

Deputat:«Burda işləməyən qanunları müzakirə edirik»

«Burda işləməyəm qanunları müzakirə edirik...» – deputat Aytən Mustafayeva MM-in aprelin 4-də keçirilən iclasında belə deyib. O, «Tibbi sığorta haqqında» qanun layihəsinin müzakirəsi zamanı eyniadlı qanunun olduğunu, amma işləmədiyini yada salıb:

«Tibbi sığorta məsələsinin olmaması bizim bəlamızdır. Bu sığorta yoxdursa, deməli, pasiyentlərin hüququndan danışa bilmərik. Ölkədə ən prioritet məsələ insan hüquqlarının qorunmasıdır. Amma ən vacib hüquq – yaşamaq hüquq qorunmursa, necə hüquqdan danışa bilərik?».

A.Mustafayeva Azərbaycan səhiyyəsində korrupsiyanın mövcudluğuna da toxunub: «Səhiyyədə korrupsiyanın mövcudluğu insanların ölkədə müalicəsinə problem yaradır. Buna görə də onlar xaricə üz tuturlar».

Deputat Qənirə Paşayeva 15 il öncə qəbul edilmiş həmin qanunun işləməməsinin ciddi bir problem olduğunu söyləyib. O, bundan daha çox bölgədə yaşayan insanların əziyyət çəkdiyini söyləyib:
«Tibbi sığorta tez bir zamanda həll olunmalıdır. Bu həkimin də, pasiyentin də hüququnu müdafiə edəcək».
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib ki, «Tibbi sığorta haqqında» qanun gələn il həyata vəsiqə alacaq.

Müzakirələrdən sonra «Tibbi sığorta haqqında» qanuna təklif edilən texniki dəyişiklər qəbul olunub.
13:33 4.4.2014
Ukrayna
Ukrayna

«YAP memorandum hazırlasın»

Fazil Mustafa Krım olaylarından sonra Azərbaycan rəhbərliyinin verdiyi qərarın bəlli narahatlıq doğurmasına diqqət çəkdi:
«BMT-də mövqeyimizin səsləndirilməsi qürurverici idi. Amma bu məsələlərə çevik reaksiya verilməlidir. Təklif edərdim ki, YAP memorandum layihəsi hazırlasın, bu ərəfədə ölkədəki bütün partiyalar dövlətin xarici siyasət kursunu müdafiə etdiklərinə imza atsınlar».

Spiker Oqtay Əsədov istər Ukrayna, istərsə Rusiyanın Azərbaycanla strateji tərəfdaş olduğunu xatırlatdı:
«İndi Rusiyaya qarşı sanksiyalardan danışılır. Amma bunlar Rusiyadan əvvəl Ermənistana tətbiq olunmalıdır».
MM sədri Ukrayna və Rusiya münaqişəsinin çözülməsi üçün Minsk Qrupuna bənzər bir qurumun yaradılmasını da təklif edib:
«Rusiya ilə Ukrayna arasında problem həll olunmalıdır. Biz böyük dövlətlər arasında problemlərə qarışmamalı, əsasən, öz problemlərimizi qaldırmalıyıq. Bu məsələlərə öz kontekstimizdən yanaşmalıyıq».

YAP icra katibinin müavini Siyavuş Novruzov sözügedən memoranduma ehtiyac olmadığını söyləyib:

«İstəsə, hər partiya öz bəyanatı ilə çıxış edə bilər».

O, bəzi müxalifətçiləri tələskənlikdə ittiham edib:

«Özbaşına Krıma gedirlər, ara qarışdırırlar. Sonradan şikayətlənirlər. Hadisələrin nəticəsini gözləmədən qıcıq yaradan hərəkətlər etmək olmaz. Elə İsmayıllı hadisələrinə də belə yanaşıldı».

Davamı

XS
SM
MD
LG