Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:14

Polis restoran, şadlıq evləri və xaricdən gətirilən tərbiyəçiləri araşdıracaq

Aprelin 4-də İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator Milli Məclisdə 2013-cü ildə görülən işlərin hesabatını verib.

MM-nin iclasında «Tibbi sığorta», «Texniki təhlükəsizlik», «Sahibkarlıq fəaliyyəti», «Nəqliyyat», «Daşınmaz əmlakın dövlət reyestri haqqında» və s. qanunlara dəyişikliklər də müzakirəyə çıxarılıb.

Son xəbərlər yazının yuxarı hissəsində yerləşir.

Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla Canlı bloqumuzu vərəqləmək və əvvəlki saatlarda dərc olunana xəbərlərlə tanış olmaq mümkündür.


13:25 4.4.2014
Fazil Mustafa
Fazil Mustafa

Fazil Mustafa: Dərslər niyə iyunda yox, sentyabrda başlasın?

Deputat Fazil Mustafa Təhsil Nazirliyinin yeni qərarına etirazını bildirib. O, orta məktəblərdə tədris müddətinin iyunda üç həftə artırılmasını yanlış qərar sayır:
«Hamı bilir ki, mayın 15-20-dən sonra, əslində, məktəbə gedən yoxdur. Yuxarı sinif şagirdləri də repetitor yanına gedirlər. Bu çıxış yolu məni heyrətləndirdi».

Fazil Mustafanın fikrincə, iyun ayında dərs günlərinin sayca çoxaltmaqdansa, dərsləri sentyabrın 1-də başlamaq daha məqsədəuyğundur:
«Bununla yanaşı, bayramlardan da bir gün kəsilsə, həmin 3 həftəni təmin etmək olar. Axı icbari təhsildə yük valideynin çiynindədir – o, maşın tutmalıdır, uşağın kitabını almalıdır. Düzdür, təhsilin pulsuz olduğunu deyirik, amma məlumdur ki, valideynlər dərslik almalı olurlar. İndi bundan sonra valideyn hələ bir məktəbə yenə vaxt ayırmalıdır».

Spiker Oqtay Əsədov Fazil Mustafanın dərsliklərin pulla satılması barədə sözlərini anlamadığını bildirdi.
13:01 4.4.2014
Oqtay Əsədov
Oqtay Əsədov


Oqtay Əsədov: «Sən nə qədər az danışsan, daha yaxşıdır»

Deputat Etibar Hüseynov son günlər sosial mediada ona qarşı kampaniya aparıldığından gileylənir.

O, Milli Məclisin bugünkü iclasında bildirib ki, TV-lərdən birindəki 3 dəqiqəlik çıxışı kontekstdən çıxarılıb:
«İki gündür heç bir TV və qəzetə açıqlama vermirəm. Amma gün ərzində 10 dəfə mənim dilimdən insanları qıcıqlandıran açıqlamalar yayılır. Guya deyirəm ki, qarabağlılar gedib torpaqlarını azad etsinlər, Suriyada vuruşmağı öyrənsinlər. Bunların hamısı bir mərkəzdən idarə olunan qara kampaniyadır».

Etibar Hüseynov bu adamların kim olduğunu bildiyini, sübutları topladıqdan sonra məhkəməyə müraciət edəcəyini söyləyib:

«Səmimi şəkildə bəyan edirəm ki, çıxışımda heç kimi təhqir etmək fikrim olmayıb. Kiminsə heysiyyətinə toxunan ifadə işlətmişəmsə, üzr istəyirəm. Səhvini anlayıb üzr istəmək böyüklük əlamətidir».

Spiker Oqtay Əsədov da bu məsələyə toxunaraq deyib ki, Milli Məclisin intizam komissiyası sədri ilə birgə Etibar Hüseynovla ciddi söhbət aparıb:
«Çox ciddi tənqid olundu. Bacardığı, qabiliyyəti çatdığı qədər üzr istədi. Millət vəkillərindən xahiş edirəm ki, bu məsələni xırdalamayaq».

Sonra spiker üzünü E.Hüseynova tutaraq «əslində, yaxşı ki ətraflı danışmamısan. Bu vəziyyətdən sonra nə qədər az danışsan, daha yaxşıdır».
XS
SM
MD
LG