Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:27
-

Krım məsələsindəki mövqeyinə görə musiqiçi Andrey Makareviçin mediada gözümçıxdıya salınmasına son qoyulsun!

Bununla bağlı məktuba Rusiyanın tanınmış sənət adamları, o cümlədən məşhur müğənni Alla Puqaçova imza atıb.

“Oxu zalı” Rusiyanın «Эха Москвы» radiosuna istinadla xəbər verir ki, Rusiyanın Krımı anneksiya etməsinə qarşı çıxmış Makareviç ilk öncə Ukraynada biznesə malik olmaqda suçlanıb, daha sonra onu “faşistlərlə işbirliyində” ittiham ediblər. Bundan başqa onun dövlət mükafatlarından məhrum edilməsi üçün imza toplanması kampaniyası başlanıb və həmin kampaniyaya hakim “Vahid Rusiya” Partiyasından olan bir neçə deputat da qoşulub.

Məktub müəllifləri Makareviçin üzləşdiyi vəziyyəti Sovet dövründə Nobel mükafatı alandan sonra şair Pasternaka edilən basqılarla müqayisə edirlər.

Məktuba tanınmış aktyor Leonid Yarmolnik, yazıçı Lüdmila Ulitskaya, teleaparıcı Aleksandr Lyubimov, milyarder Mixail Proxorov, Yekaterinburqun meri Yevgeni Royzman da imza atıblar.

Rusiyanın xalq artisti olan müğənni Makareviç sovet dövrünün məşhur «Машина времени» rok qrupunun yaradıcısı və solisti olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG