Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:03
-

“Ukraynalılar güclü millətdir, onlar oğruları hakimiyyətdən sala bildilər”.

Bunu tanınmış Rusiya yazıçısı, satiriki Mixail Jvanetski deyib.

Odessada doğulmuş Jvanetski həm Rusiya, həm də Ukraynanın xalq artistidir.

Yazıçı düşünür ki, Ukraynada “bir oğru dəstəsinin yerinə başqa birisinin gəlməsi” də mümkündür, amma bütün hallarda “onlar biləcəklər ki, cəmiyyətdə onları yerlərinə oturda biləcək qüvvə var”.

Jvanetski hesab edir ki, rusiyalılar bu mənada ukraynalılara paxıllıq edirlər:

“Paxıllıq edirlər ki, ukraynalılar həddini aşmış, abır-həyasını itirmiş, azğınlaşmış oğruları hakimiyyətdən süpürüb ata bildilər... Rusiyadakı komplesli çoxluq öz fəaliyyətsizliyini, kinini, gücsüzlüyünü “stabillik istəyi” ilə əsaslandırır, deyir ki, “onların hamısı benderçilər və faşistlərdir” və s. Əslində isə bunun adı, sadəcə, paxıllıqdır. O mənada ki, ukraynalılar susmadılar, qorxmadılar...”

Günün bütün mövzuları

XS
SM
MD
LG