Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:45
-

Rusiyada insan haqları məsələsində hökumətə qarşı çıxan tanınmış yazıçı, qeydiyyatı ləğv edilmiş Millətçi Bolşevik Partiyasının sədri Eduard Limonov Ukrayna məsələsində Putin hökumətini tam dəstəkləyir.

O, Rusiyanın Ukraynaya hərbi təcavüzünə haqq qazandırıb.

Limonov hesab edir ki, Krım Rusiyaya məxsusdur, onu rus əsgərləri fəth ediblər, yalnız sovet dövründə bir müddət o, Ukrayna Sovet Sosialist Respublikasının tərkibinə verilib:

“Mən SSRİ dağılandan bəri deyirdim ki, Rusiya Ukrayna və Qazaxıstana ərazi iddiaları ilə çıxış etməlidir. Krımda baş verənlər mənim həyatımın ən xoşbəxt anıdır”.

Yazıçı Krımda strateji obyektlərin ələ keçirilməsinə bəraət qazandırıb. Qərbin etirazlarına gəlincə, yazıçı buna əhəmiyyət verməməyə çağırıb: “O beynəlxalq ictimaiyyət Liviya, Suriya bombalananda, İraq dövlət kimi məhv ediləndə harda idi?”

Ukraynanın ərazi bütövlüyünə qarşı yönələn açıqlamalarla bir sıra başqa rus yazıçıları da çıxış ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG