Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:07

Mingəçevirdə doğuş zamanı komaya düşən qadın öldü


Esmira Ocaqverdiyeva
Esmira Ocaqverdiyeva
-
Mingəçevir Mərkəzi Xəstəxanasında doğuş zamanı körpəsini itirərərk komaya düşən 1979-cu il təvəllüdlü Esmira Yadulla qızı Ocaqverdiyeva yanvarın 9-da vəfat edib.

Məlumatı ANS PRESS yayıb.

Ailə üzvlərinin agentliyə verdiyi məlumata görə, qadının ölümünə həkim səhlənkarlığı səbəb olub.

Esmira Ocaqverdiyeva ötən ilin sonu - 28 dekabrda Mingəçevirdəki doğum evinə gətirilib. Müayinə zamanı həkimlər uşağın tələf olduğunu bildiriblər.

Doğuşdan sonra kəskin qanaxma baş verib və xəstə əməliyyat edilib. Ancaq buna baxmayaraq, qadın komaya düşüb.

Mingəçevir mərkəzi şəhər xəstəxanasından verilən məlumata görə, qanaxmaya hamiləliyin son ayında qadının səhhətində yaranan problem, böyük ehtimalla yüksək təzyiq səbəb olub.

Qanaxmanın qarşısı almaq məqsədilə keçirilən əməliyyatda qadın komaya düşüb. Həkimlər onun yaşama ehtimalının az olduğunu bildiriblər.

Xəstənin yaxınları uşağın ölümünü və ananın koma vəziyyətinə düşməsini həkim səhlənkarlığı ilə bağlayırlar. Xəstəxana rəhbərliyi isə xəstəyə vaxtında bütün tibbi yardım göstərildiyini və hər hansı həkim səhlənkarlığının olmadığını deyir.

Xatırladaq ki, Mingəçevirdən olan millət vəkili Aydın Mirzəzadə komaya düşən ananı nəzarətə götürmüşdü. Xəstənin müalicəsi üçün Bakı şəhərindən təcrübəli reanimatoloq göndərilmişdi.

Səhiyyə Nazirliyinin məlumatına görə, 2013-cü ildə 175 minə yaxın doğuş, 24 ana ölümü faktı qeydə alınıb.

“Çalışmalı olduğumuz əsas sahələrdən biri də ana və uşaq ölümü faktıdır” – bunu isə Səhiyyə Nazirliyində 2013-cü ilin yekun hesabatlarına həsr olunmuş kollegiya iclasında nazir Oqtay Şirəliyev deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG