Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:14

Ana və uşaq ölümü azalıb


Arxiv foto
Arxiv foto
-

Son 20 ildə Azərbaycanda körpə ölümü hər 1000 uşağa 10,8 ölüm halına qədər azalıb.

APA-nın məlumatına görə bunu I Bakı Beynəlxalq Neonatoloji Konqresinin açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, ölkədə ana ölümünün miqyası da azalıb. Bu rəqəm 14,9 promileyə qədər enib.

E. Ağayev son illərdə yenidən qurulan və təmir olunan uşaq tibb müəssisələrinin bütün rayon və şəhərləri əhatə etdiyini deyib:

«Azərbaycan əhalinin artım tempinə görə də müsbət nəticə göstərir. Artıq əhalinin artım tempi 13 nəfərdir. Təkcə 2012-ci ildə anadan olan uşaqların sayı 173 500 nəfər olub. Bu da ötən illərlə müqayisədə xeyli artım deməkdir».

Səhiyyə nazirinin müavini ilin sonuna qədər Azərbaycanda 200 min kvadratdan artıq tibb müəssisəsinin istifadəyə veriləcəyini də qeyd edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG