Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:54

Səhiyyə naziri uşaq və ana ölümündən danışıb


-
"Çalışmalı olduğumuz əsas sahələrdən biri də ana və uşaq ölümü faktıdır".

Səhiyyə naziri Oqtay Şirəliyev belə deyib. O, Səhiyyə Nazirliyində 2013-cü ilin yekun hesabatlarına həsr olunmuş kollegiya iclasında çıxış edib. Məlumat nazirliyin rəsmi saytında yayılıb.

Nazir bildirib ki, Azərbaycanda uşaqların icbarı dispanzerizasiyası çox mühüm əhəmiyyət kəsb edir. Əlavə edib ki, uşaqların müayinələrə cəlb olunması gələcəkdə həmin uşaqların yetkinlik yaşına çatanda sağlam olmasına çox böyük zəmin yaradacaq.

Psixi sağlamlıq mövzusuna da toxunan nazir qeyd edib ki, sovetlər dövründə bu sahə çox qapalı olduğu üçün psixi sağlamlıq mövzusu nisbətən diqqətdən kənar qalıb:

“Lakin bu gün bu sahəyə xüsusi diqqət ayrılır. Psixi xəstələrin müalicə aldığı xəstəxanalara daxil olarkən xəstələrin necə həvəslə xəstəxana həyətində gül əkdiyini, yaxud onların əylənməsi baxımından nəzərdə tutulmuş müəyyən bir işlə məşğul olduğunu görürsən. Bu da onların müalicəsində böyük rol oynayır. Hazırda regionlarda da psixi-sağlamlıq mərkəzləri yaradılır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG