Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:59

Dekabrın 25-dən jurnalistlər evlərinə köçə biləcəklər


-
Dekabrın 24-də prezident İlham Əliyevin ad günündə jurnalistlər üçün binadan mənzil alanların sənədləri sahiblərinə veriləcək. Bunu Mediaforuma Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib. Onun sözlərinə görə, bütün kommunal xidmətlərlə bağlı sənədlər mənzil sahiblərinin adına aktlaşdırılıb:

“Sabah prezidentin ad günüdür. Bu möhtəşəm gündə sənədlər mənzil sahiblərinə təhvil veriləcək.”

Dekabrın 25-də mənzil sahibləri evlərinə baxıb hər şeyin qaydasında olduğunu gördükdən sonra akta qol çəkib mənzilin açarını götürəcəklər. Həmin gündən onlar öz mənzillərinə köçə biləcəklər.

İyulun 22-də – Milli Mətbuat Günündə jurnalistlər üçün tikilən binadan 156 jurnalistə məznil verilib.

Jurnalistlərin hökumətdən mənzil alması bir mənalı qarşılanmayıb.

Hökumətin jurnalistə mənzil verməsini onları ələ almaq cəhdi kimi qiymətləndirənlər bu fikirlərini jurnalistin etik kodeksi ilə əsaslandırıblar. Bu kodeksdə yazılır ki, cəmiyyətdə özünə inamın itməməsi, güvənin azalmaması üçün jurnalist hədiyyə götürə bilməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG