Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:50

ABŞ Dövlət Katibinin köməkçisi Kiyevdə aksiyaçılarla görüşüb


ABŞ Dövlət Katibinin köməkçisi Victoria Nuland Kiyevdə aksiya iştirakçıları ilə görüşüb
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

ABŞ Dövlət Katibinin köməkçisi Victoria Nuland Kiyevdə aksiya iştirakçıları ilə görüşüb

.

ABŞ dövlət katibinin köməkçisi Victoria Nuland Ukrayna prezidenti Viktor Yanyukovych-lə danışıqlar aparır. Reuters agentlyinin bu barədə xəbərində deyilir ki, xanım Nuland dekabrın 11-i səhər saatlarında Kiyevdəki mitinqlərin episentri olan Müstəqillik Meydanında avropapərəst etirazçılarla görüşüb.

Ötən gecə həmin məkanda nümayişçilər və təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

Reuters agentliyinin xəbərində deyilir ki, ABŞ dövlət katibinin müavini xanım Victoriya Nuland simvolik həmrəylik jesti kimi Müstəqillik Meydanındakı ertirazçılara sandvic paylayıb.

Xanım Nuland Kiyevə prezident və onun Avropa İttifaqı ilə assosiasiya sazişindən imtina etməsindən qəzəbli olan etirazçılar arasındakı qarşıdurmanı çözmək üçün edilən beynəlxalq səylərə qoşulmaq üçün gəlib.

Hazırda iğtişaş polisinin əksər qüvvələri Müstəqillik Meydanından çıxarılıb və etirazçılar yenidən mövqelərinə qayıdıblar.

Təhlükəsizlik qüvvələri Kiyev şəhər Bələdiyyəsinin binasını oradakı 200 etirazçıdan boşaltmaq cəhdlərindən əl çəkib. Bununla belə, ötən gecə yüzlərlə polis Müstəqillik Meydanında və onun ətrafında etirazçılar tərəfindən qurulmuş barrikadaları sökməyə cəhd göstərib.

Ukrayna müxalifətinin lideri Vitaliy Klitschko izdiham qarşısında çıxış edərkən deyib ki, hökumətin istefasından sonra Yanukovych də postunu tərk etməlidir.

Bu arada Ukraynanın daxili işlər naziri Vitaliy Zakharchenko deyib ki, etirazçıların zorla dağıdılması planı yoxdur.

“Mən hamını sakitləşdirmək istəyirəm. Mitinq dağıdılmayacaq” – deyib nazir.

Lakin ötən gecə meydana hücum və etirazçıların Bələdiyyə binasından çıxarılması cəhdləri prezident Yanukovych-in üç keçmiş Ukrayna prezidenti və Avropa İttifaqının xarici işlər komissarı Catherine Ashton-la danışıqlar apardığı bir vaxtda baş verib.

Avropa İttifaqına növbəli sədrlik edən Litvanın xarici işlər naziri Linas Linkevicius deyib ki, Qərbin təmkinə çağırışlarının ardınca etirazçıların üzərinə hücumdan sonra Ukrayna hakimiyyəti öz etimadını itirib.

Linkevicius deyib ki, bu hücum Ukrayna hökumətinin Avropa yolundan könüllü şəkildə imtina etdiyini göstərir.

Yanukovych və onun hökuməti bildirir ki, Avropa İttifaqı ilə sazişin imzalanması ölkənin Rusiya ilə münasibətlərini təhlükəli hala gətirə bilərdi. Prezident həmçinin Avropa İttifaqının Kiyevə təklif etdiyi maliyyə paketindən narazılığını ifadə edib.

Bununla belə, Yanukovych bildirib ki, onun ölkəsi gələcəkdə Avropa ilə daha yaxın əlaqələr qurmaq istəyir.

Ukraynanın baş naziri Mykola Azarov ötən axşam televiziya ilə çıxışında bildirib ki, Ulrayna Avropa İttifaqı ilə hər hansı saziş imzalamazdan əvvəl ondan 20 milyard avro almaq niyyətindədir.

Cənab Azarov həmçinin deyib ki, Ukrayna Rusiyanın Gömrük İttifaqı ilə saziş imzalamaq fikrində deyil.
Müxalifət fəalları Kiyevdə Müstəqillik Meydanındakı mövqelərini əldən vermirlər
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Kiyevdə şəhər meriyasının qarşısında gərgin anlar
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG