Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:22

Kiyev Brüsselə nümayəndə heyəti göndərir


Viktor Yanukovych, Leonid Kravchuk, Leonid Kuchma və Viktor Yushchenko

Viktor Yanukovych, Leonid Kravchuk, Leonid Kuchma və Viktor Yushchenko

Avropa rəsmiləri Kiyevdə prezident Viktor Yanukovychlə danışıqlar aparırlar.Avropa Birliyinin xarici məsələlər üzrə rəsmisi Catherine Ashtaon Yanukovychlə görüşüb.

Onun bundan sonra ABŞ Dövlət katibinin köməkçisi Victoriya Nulandla da görüşəcəyi gözlənilir.

Nuland isə bundan əvvəl müxalifət liderləri ilə görüşüb.

Yanukovych Ukrayna ilə Avropa Birliyi arasında əlaqələrin yaxınlaşmasını müzakirə eləmək üçün sabah Brüsselə nümayəndə heyəti göndəriləcəyini bildirib.O belə bir bəyanatla keçmiş prezidentlər Leonid Kravcuk, leonid Kucma və Viktor Yushenko ilə görüşdən sonra çıxış edib.O qeyd edib ki, gələn ilin martında keçiriləcək Ukrayna-Avropa Birliyi sammitinədək Avropa Birliyi ilə asosasiv saziş imzalanması üçün hökumətə ölkə üçün iqtisadi risklərin azaldılmasını göstəriş verib.

Ukrayna hökumətinin bu günlərdə Avropa Birliyi ilə belə bir saziş imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub.Polis ötən gecə nümayişçilərin qurduğu barrikadaları dağıtsa da gecəni şəhərin mərkəzi meydanında keçirənlər olub və bu gün də şəhərin mərkəzinə xeyli aksiyaçı çıxıb.

Prezident Yanukovych sonda müxalifətlə ümummilli dialoqa getmək razılığına gəlib.Bugünkü görüşlər müxalifətin iştirakı ilə dəyirmi masa şəklində davam etdirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG