Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 03:15

Pamuk və Marquez-in kitabları Azərbaycan dilində


-

“Qanun” nəşriyyatında iki yeni kitab çap olunub.

“Atamın bavulu” (Atamın çamadanı) kitabında türk yazıçısı Orxan Pamukun nüfuzlu mükafatlara layiq görülərkən etdiyi çıxışlar toplanıb.

8 il qabaq Pamukun söylədiyi “Nobel” nitqi - onun otuz ilik yazıçılıq səylərinin ruhunu səmimi bir şəkildə ifadə edən bu duyğusal çıxış bütün dünyada böyük əks-sədaya səbəb oldu.

Bu, yazmaq və yaşamaq mövzusunda köklü bir mətndir.

Pamukun ABŞ-da çıxan World Literature (“Dünya ədəbiyyatı”) jurnalının “Puterbaugh mükafatı”nı alarkən etdiyi çıxış – “Nəzərdə tutulan yazar” – yazarlıq psixologiyasının izahıdır.

Onun “Alman Kitabçılar Birliyi” tərəfindən verilən “Sülh mükafatı”nı alarkən etdiyi “Qarsda və Frankfurtda” adlı çıxışı isə roman yazarının özünü başqalarının yerinə qoyma gücünü və bu insani bacarığın siyasi nəticələrini özündə əks etdirir.

Kitaba yazıçının bütöv gördüyü bu üç çıxışdan başqa, 2008-ci ilin oktyabr ayında Türkiyədə çıxan “Milliyyət” qəzetində nəşr olunmuş “Mənim türk kitabxanam” adlı maraqlı yazısı da əlavə olunub.

Türkcədən tərcümə: Emin Əliyev

“Qanun” başqa bir “Nobel”li yazar, kolumbiyalı Gabriel Garcia Marquez-in “Saat altıda gələn qadın” kitabını da çap edib.

Bu bir topludur və kitaba məşhur Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin hekayələri, həmçinin ədəbiyyat haqqında düşüncələri, müsahibə və söhbətlərindən seçmə nümunələr daxil edilib.

Çevirəni, qeyd və şərhlərin müəllifi Mahir N.Qarayevdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG