Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:26

"Dünya ədəbiyyatı" seriyasından 5 yeni kitab


-

Azərbaycanda bəziləri Cəlil Məmmədquluzadənin "Ölülər" pyesini Meterlinkin "Müqəddəs Antoninin möcüzəsi" pyesininin plagiatı adlandırır.

Oxuyub özünüz qərar verə bilərsiz.



“Dünya Ədəbiyyatı Kitabxanası” seriyasından buraxılan kitabların sayı 84-ə çatdı.

“Oxu zalı” Bakı Kitab Klubuna istinadla seriyanın 5 yeni kitabını təqdim edir.

1. Jorj Simenon, Seçilmiş əsərləri

Məşhur belçikalı yazarın bu kitabının içindəkilər: "Striptiz", "Başın qiyməti", "Meqrenin qəlyanı" romanları və hekayələr.

2. Moris Meterlink, Seçilmiş əsərləri

Bu kitabda 1911-ci ilin Nobel mükafatçısının "Arıların həyatı" romanını, "Göy quş", "Çağrılmamış qonaq", "Müqəddəs Antoninin möcüzəsi" və başqa pyeslərini oxumaq olar.

Qeyd edək ki, Azərbaycanda bəziləri Cəlil Məmmədquluzadənin "Ölülər" pyesini Meterlinkin "Müqəddəs Antoninin möcüzəsi" pyesininin plagiatı adlandırır. Oxuyub özünüz qərar verə bilərsiz.


3. Mixail Şoloxov, Seçilmiş əsərləri

Kitaba rus yazıçının "Yol-iz", "İnsanın taleyi" povestləri, "Don hekayələri" daxil edilib.

4. İvan Bunin, Seçilmiş əsərləri

Kitabda mühacir rus yazıçısının "San-Fransiskolu cənab", "Qurudərə", "Kənd" povestləri və onlarla hekayəsi toplanıb.

5. Redyard Kiplinq, Seçilmiş əsərləri

Kitaba ingilis yazıçının Hindistan hekayələri və balaca nağılları daxildir.

Qeyd: Abunə yazılma qaydaları - http://kitabklubu.org/arxiv/dak-abune.htm

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG