Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:37

Seymur Baycan yeni romanını təqdim etdi - (Fotolar)


Book by Seymur Bayjan
Book by Seymur Bayjan
-

“Ana ürəyi”. Yazıçı Seymur Baycanın noyabrın 11-də təqdim etdiyi yeni kitab belə adlanır.


Yazıçı “Bakitab” mağazasında keçirilən təqdimatda bildirdi ki, kitab öz adını Azərbaycan folklorundakı ana və gəlin münasibətlərindən bəhs edən “Ana ürəyi” segahından götürüb.

Kitabda yer alan “Ana ürəyi” romanında xeyli sayda romantik sevgi səhnələri olsa da, bütövlükdə əsər postmodernist üslubda yazılıb, bir gəncin nakam sevgisindən bəhs edir.

Kitabda həmçinin ilk dəfə çap olunan “Naməlum qapıçı” hekayəsi də yer alıb ki, müəllifin təbirincə “sevdikləri ilə ailə qura bilməyənlərə ithaf olunur”.

Bundan əlavə kitaba əvvəllər mətbu nəşrlərdə yayımlanmış “Dörd romantik hekayə” də daxil edilib.

Müəllif bildirdi ki, kitabın təxminən səksən faizi dünya ədəbiyyatından seçilmiş yaddaqalan səhnələrdən ibarətdir ki, onları mətndə tapıb aşkarlamaq çətindir.

Kitabda yer almış illüstrasiyaların müəllifi rəssam Gündüz Ağayevdir.

Bundan əvvəl Seymur Baycanın Qarabağ münaqişəsindən bəhs edən “Quqark” romanı nəşr edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG