Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:31
-

Yazıçı Seymur Baycanın yaxın aylarda yeni kitabı çap olunacaq.

Yazıçı Azadlıq Radiosunun “Oxu zalı”na verdiyi açıqlamada bildirib ki, kitabda keçən ilin noyabr ayından bəri yazdığı iki kiçik roman (povest) və yeddi hekayə toplanıb.

Kitab “Ana ürəyi” adlanır. Kitabın adını götürdüyü “Ana ürəyi” povesti iki gəncin uğursuz məhəbbətindən, puça çıxmış arzulardan, xəyallardan bəhs edir.

S.Baycan bildirir ki, kitabda kiçik də olsa müharibə motivləri də var.

Amma bundan sonrakı kitabında müharibə mövzusunu ayrıca işləməyi planlaşdırır.

Bundan əvvəl S.Baycanın Qarabağ münaqişəsindən bəhs edən “Quqark” romanı çap edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG