Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 23:41

Elnarə Tofiqqızının ölümündə ittiham edilən həkimdən reaksiya


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı
-

Tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı jurnalist Anar Niftəliyev sentyabrın 30-da “Media forum” saytına açıqlamasında deyib ki, ötən şənbə günü istintaqa ifadə verib.

Elnarə Tofiqqızının ölümünə görə hələ ki heç bir həkim saxlanılmayıb.

Elnarə Tofiqqızı sentyabrın 20-də Bakıdakı “MediSina” Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı vurulan narkozdan keçinib. Ötən həftə tənqidçinin ölümü ilə bağlı cinayət işi başlanıb. Nəsimi Rayon Prokurorluğu işi Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə araşdırır.

Anar Niftəliyev qeyd edib ki, məhkəmə-tibb ekspertizasının nəticəsi hələ açıqlamayıb: “Bizə ekspertizanın nəticəsini 10-14 gün ərzində açıqlayacaqlarını söyləmişdilər. Bu gün artıq 11-ci gündür. Həkimlərdən saxlanılan yoxdur. Öz fəaliyyətlərini davam etdirirlər. Halbuki istintaq gedən müddətdə onların həkimlik fəaliyyəti dayandırılmalıdır. Həmin həkimlər yenə işə çıxıb, əməliyyatlarını davam etdirirlər. Anestezioloq da iş başındadır. Bilinmir növbəti qurban kim olacaq”.

Anar Niftəliyev E. Tofiqqızının ölümündə konkret olaraq həkimlər Mahir Əliyev və Fərəcullah İdrisovu, həmçinin əməliyyatda iştirak edən anestezioloqu günahlandırır. Azadlıq Radiosunun "Oxu zalı" qarşı tərəfin mövqeyini öyrənmək üçün həkimlərdən biri - Fərəculla İdrisovla əlaqə saxlayıb. O özünü qarşı tərəf saymadığını deyərək açıqlama verməkdən imtina edib və prokurorluqla əlaqə yaratmağı məsləhət görüb. F.İdrisov bildirib ki, məsələ ilə bağlı prokurorluq artıq məlumat verib, daha sonra dəstəyi asıb.

Namiq Hüseynov

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG