Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:31

Elnarə Tofiqqızının ölümüylə bağlı cinayət işi açıldı


-
Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı cinayət işi başlanıb.

Nəsimi rayon Prokurorluğundan apa-ya verilən məlumatda belə deyilir.

Elnarə Niftəliyevanın ölümü ilə bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb.

Prokurorluqdan həmçinin bildirilib ki, araşdırma gedir və hadisə ilə bağlı saxlanılan yoxdur.

36 yaşlı Elnarə Niftəliyeva sentyabrın 20-də Nəsimi rayonunda yerləşən «Medi Sina» Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.

Hadisədən dərhal sonra onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibb Ekspertizası və Komisyon müayinədən keçirilib. İlkin rəydə onun nəfəs çatışmazlığından öldüyü bildirilib.

E. Niftəliyevanın əməliyyatında iştirak edən həkim personalı və həyat yoldaşı Anar Niftəliyev prokurorluqda ifadə verib.

Anar Niftəliyev xanımının əməliyyatdan öncə vurulan narkoz nəticəsində öldüyünü bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG