Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:39

Həkimlər prokurorluğa çağırıldı


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı
-

Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə nəticələnən cərrahiyyə əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib.

Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumatda bildirilir ki, 1977-ci il təvəllüdlü Elnarə Niftəliyeva sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.

Hadisədən dərhal sonra E.Niftəliyevanın meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibb Ekspertizası və Komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən E.Niftəliyeva asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E.Niftəliyevanın əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. Hazırda fakt üzə araşdırma aparılır.

Qeyd edək ki, E.Tofiqqızının həyat yoldaşı jurnalist Anar Niftəliyev kütləvi informasiya vasitələrinə verdiyi açıqlamada E.Tofiqqızının əməliyyatdan öncə vurulan narkoz nəticəsində öldüyünü bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG