Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:21

İçməli suyun vedrəsi 1 manata satılan Pirallahı


-
«HƏLƏ DƏ EŞİDİRƏM...»
Pirallahı sakinləri «Qaynar xətt»ə rayondakı susuzluqdan şikayətləniblər. Onlar gündəlik aldıqları içməli suyun qiymətinin bahalaşmasından narahatdılar.
Heybət Qurbanov:
«58 yaşım var, hələ də eşidirəm ki, Pirallahının su problemi həll olunur. Ancaq eşitdiyimizlə gördüyümüz tamam başqadır. İçməli suyun vedrəsini əvvəllər 20 qəpiyə alırdıq, qiymət arta-arta gəlib 1 manata çatıb».
«SUYA GÖRƏ İŞİMİ İTİRDİM»
Nazim Səfərov:
«Rayon oldu, dedik, yəqin təzə statusuna görə porblemləri də həllini tapar. Köhnə hamam, köhnə tas. Rayon statusu alandan sonra sökhasökdən başqa heç nə görmədik. Hökumət bizə yalnız texniki su verir. Kranlardan texniki su axır. Onunla da ağacları suvarırıq, məişətdə işlədirik. Dəfələrlə olub ki, uşaqlar o sudan içib zəhərləniblər».
Xədicə Talıbova:
«Vedrələrlə su alıb daşımaqdan yorulmuşuq. Şəxsən mən 3 azyaşlı uşaq anasıyam, aptekdə işləyirdim. Susuzluqdan işdən də çıxmalı oldum. Çünki su maşını məhəlləyə gələndə işdə olurdum. Görəsən bizdən başqa hansısa ölkədə suya görə işini itirən var?»
BAŞÇI GÖSTƏRİŞ VERİB?
Pirallahı rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirdilər ki, yeni başçı rayonda su probleminin həlli ilə bağlı göstərişlər verib. Icra Hakimiyyəti yaxın vaxtlarda rayonun içməli su ilə təmin olunacağını və susuzluğu aradan qaldıracağını vəd edir.
XS
SM
MD
LG