Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:06

Paulo Coelho. Mənim baxışımda siyasət nədir?


Paolo Coelho
Paolo Coelho
-

"Gülməyi və rəqs etməyi bacarmayan insana heç vaxt qılınc verməyin."

"Yaxşı hökmdar nəyin doğru olduğunu bilir; pis hökmdar isə nəyin yaxşı satıldığını bilir"


Paulo Coelho


FƏLSƏFƏ VƏ HÖKUMƏT

(Çevirdi: Namiq Hüseynli)


Bu gün istənilən ölkədə hörmət və ehtiramla “alim siyasətçilərin” sözlərinə qulaq asmalı oluruq. Sanki siyasət də riyaziyyat, yaxud fizika kimi əqli və məntiqi qanunlara tabedir.

Əgər bu, həqiqətən belə olsaydı, biz Latın Amerikası ölkələrində zorakılığa, Afrikada kasıblığa, bütün dünyanı ağuşuna almış dini münaqişələrə, əlçatmaz bir məqsəd uğrunda, yaxud qanunsuz başladılmış müharibələrdə amerikalıların və iraqlıların ölümünə şahid olmazdıq.

Siyasət elm olsaydı, heç dəqiq elm olmasa belə, bir neçə doğru teoremi tətbiq etməklə insanlığı irəliyə doğru aparmaq mümkün olardı.

Biz bunun tamamilə mümkünsüzlüyünü düşünməkdən yorulmuşuq, çünki xalq nə qədər siyasi mövzulu söhbətlər etsə, “siyasət” sözü onlar üçün bir o qədər iyrənc şeyə çevrilir. Lakin bu, ədalətli deyil. Bu dünyada xoşməramlı məqsədlərlə ölkəsinin və xalqının rifahını yüksəltməyə çalışan xeyli insan var. Amma biz bu gün get-gedə daha tez-tez siyasətin özünəməxsus bir çıxılmaz vəziyyətə düşdüyünü görürük ki, bunun nəticəsində insanlıq yenidən qaranlıq əsrlərə qayıtmaq təhlükəsi ilə üz-üzə qalır. Xalq ümidlərinin boşa çıxmasından və “alim siyasətçilərin” anlaşılmaz, ziddiyyətli tərəflərini görməkdən bezib rəhbər əvəzinə özünə xilaskar axtarır, orta əsrlər diktatorlarının qayıdışı məhz bu yolla baş verir.

Mənim baxışımda siyasət nədir? Siyasət cəmiyyətdə azad şəkildə müzakirə edilən və praktikada güc vasitəsi ilə deyil, ağılla tətbiq edilən əxlaqi dəyərlər sistemidir. “Hər şeyin xaosa çevrildiyinə tamaşa etməkdənsə, bir neçə qanuna əməl etmək daha yaxşıdır”.

İsanın doğuşundan beş yüz il öncə Çində bir şəxs doğulub. O heç vaxt yüksək vəzifə tutmayıb, ancaq öz müşahidələri və xalqla söhbətləri vasitəsilə, vaxtının çox hissəsini hökümət və onun təbəələri arasında münasibətləri öyrənməyə sərf edib. Hamımız Konfutsinin adını eşitmişik. Onun, əsrlərdən keçib gələn və ən çox tarixi əhəmiyyətə malik hökmdarların hakimiyyət illərini işıqlandıran nəsihətlərindən bəzilərini yada salmaq istəyirəm. Həmin nəsihətlər bu gün heç vaxt olmadığı qədər aktualdır (aşağıdakı cümlələrdən bəziləri onun fikirlərindən götürülüb, qısaldılaraq uyğunlaşdırılmışdır):

1) Ləyaqətli birinin yaxınlığında olanda, ona baxıb özümüz üçün nümunə götürməliyik. Ləyaqətsiz birinin yanında olanda isə ona baxıb səhvlərimizi düzəltməliyik.

2) Yaxşı idarə olunan ölkədə kasıblıq utancverici bir şey sayılır. Pis idarə olunan ölkədə isə zənginlik utanc gətirir.

3) Dəyişikliklər yavaş baş verə bilər, əsas odur onlar baş verməyə davam etsin.

4) İnsan bütün həyatını ən sadə şeyi, insanlarla münasibətini mürəkkəbləşdirməyə sərf edir.

5) Gülməyi və rəqs etməyi bacarmayan insana heç vaxt qılınc verməyin.

6) Gələcəyi bilmək istəyirsinizsə, keçmişi öyrənin.

7) Hökmdarın qarşısında duran məqsəd çətin əldə olunan kimi görünəndə, onu dəyişdirmək lazım deyil, yaxşısı budur məqsədə çatmaq üçün tamamilə yeni bir yol tapasan.

8) Yaxşı hökmdar nəyin doğru olduğunu bilir; pis hökmdar isə nəyin yaxşı satıldığını bilir.

9) Öz vəziyyətini yaxşılaşdırmaqda pis heç nə yoxdur. Bunu təklikdə edə bilməyəcəyinizi anlayanda, boy atmaq üçün sizinlə birlikdə boy ata biləcək müttəfiqlər lazımdır.

10) Xalqın rifahı üçün beş şey lazımdır: ciddilik, vicdanlılıq, mərdlik, səmimilik və ədəblilik.

11) Hətta maraqdan belə kinli söhbətlərə qulaq asanlar, tez zamanda pis insana çevrilirlər.

12) Ləyaqət tənhalıqda yaşamaq üçün doğulmaq deyil. Kimin ləyaqəti varsa, həmişə ətrafında qonşuları da olur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG