Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:51
-

"Coelho “Kimyagər” romanı kimi “insanlara ruh verən” xalturaların kütləvi istehsalçısı olaraq milyonlarla oxucunu öz toruna sala bilib:

Çünki bu dünyada o qədər haqsızlıq var ki, insanlar onların həyatını dəyişəcəyini deyib də öz yuxu dərmanlarını işə keçirən hər kəsə qulaq asmağa hazrdırlar".



Populyar Braziliya yazıçısı Paulo Coelho-nun bu həftə Azərbaycana gələcəyini açıqladığı müsahibə bir başqa səbəbdən qalmaqal yaradıb.

“Fridrix Nitsşe axmaq adamlarla deyişməyin əleyhinə idi, çünki kənardan baxanlar mübahisə edənləri fərqləndirməyə bilərlər”.

Yazısına məşhur alimin fikrini sitat gətirməklə başlayan Alexander Nazaryan Amerikanın “New York Daily News” qəzetindəki bloqunda yazır ki, Coelho-nun son müsahibəsində 20-ci əsrin ən görkəmli yazarlarından sayılan irlandiyalı James Joyce (1882-1941) haqda dediklərinə reaksiya verməyə bilməzdi və bu reaksiyanın ona vura biləcəyi ziyanı da gözü önünə alıb.

Coelho bir neçə gün əvvəl Braziliyanın “Folha” qəzetinə deyib ki, irland yazıçısı James Joyce-un “Uliss” romanı qədər ədəbiyyata ziyan vurmuş ikinci bir əsər tanımır:

“Bu əsər başdan-ayağa üslub eksperimentidir. İçində heç nə yoxdur.

Bu üslub libasını çıxarın və "Uliss"in bir twit-dən başqa heç nə olmadığını görəcəksiz".

Nazaryan öz bloqunda yazır ki, Coelho düşündüyünü deyib, səmimidir: “Amma qoyun mən də səmimi fikrimi deyim. Coelho idiotdur...

Mən demirəm ki, Joyce-un dolaşıq nəsri ilə bağlı narazılıqların hamısı əsassızdır. Xüsusən də “Finneqanın yası” ilə bağlı narazılıqların”.

Amma məqalə müəllifi əsəri hər dəfə vərəqləyəndə orada “düyünlər”lə yanaşı əvvəllər görə bilmədiyi “yeni xəzinələr” tapdığını da deyir.

Məsələn, o, sonuncu dəfə Stiven və Leopold arasında katexizis haqda gedən söhbəti oxuyarkən diqqətini çəkmiş bənzətməni buna misal çəkib.

“Təklikdə Bloom nə hiss etdi?

Ulduzlararası fəzanın soyuqluğunu, donma nöqtəsindən, yaxud Forengeyt, Selsi və ya Reumyur üzrə mütləq sıfırdan minlərlə dərəcə aşağıları; astanasında olduğu sübhün ilk
James Joyce

James Joyce

əlamətlərini”.

“Bəyəm bu üslub eksperimentidir?” – deyə müəllif sual edir.

Nazaryan yazır ki, Coelho “Kimyagər” romanı kimi “insanlara ruh verən” xalturaların kütləvi istehsalçısı olaraq milyonlarla oxucunu öz toruna sala bilib:

“Çünki bu dünyada o qədər haqsızlıq var ki, insanlar onların həyatını dəyişəcəyini deyib də öz yuxu dərmanlarını işə keçirən hər kəsə qulaq asmağa hazrdırlar.

Onun Tony Robbins-dən yeganə fərqi əlindəki qələmidir”.

Tony Robbins ABŞ-da populyar natiq, psixoloq, motivasiya üzrə mütəxəssisdir.

Nazaryan yazır ki, Coelho-nun Joyce-a hücumu onun özünün heç yerdə heç kim tərəfindən ciddi yazıçı kimi qəbul edilməməsini anlamasından irəli gəlir.

“Və buna görə də ərköyün uşaq kimi çığır-bağır salıb...”

oxuzali.az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG