Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:30

Paulo Coelho-nun həyatı film oldu


Paulo Coelho
Paulo Coelho
-
Məşhur yazıçı Paulo Coelho-nun həyatı sağlığında film olub.

«Screen Daily»nin xəbərinə görə, İspaniyada çəkilmiş film artıq hazırdır.

«The Pilgrim: The Best Story of Paulo Coelho» (Piliqrim: Paulo Coelho-dan ən yaxşı əhvalat) adlanan film 2014-cü ilin birinci yarısında ekranlara çıxacaq.

Ssenari müəllifi Carolina Kotscho-nun filmin süjet xəttini yazıçı ilə söhbətləri əsasında yazdığı bildirilir.

Filmdə ünlü yazıçı həm cavanlıqda, həm də ahıl çağlarında canlanacaq.

Filmi İspaniya və Braziliya film studiyalarının birgə ərsəyə gətirdikləri xəbər verilir.
O üzdən çəkilişlər həm Rio-de-Janeyroda, həm də Santyaqo-de-Kompostelada baş tutub.

«Bu film «Alisa möcüzələr ölkəsində»də olduğu kimi—öz yaşadığı evə sığışmayan xəyalpərəst haqqında olacaq». Bu sözləri filmin prodüseri Iôna de Macedo dilə gətirib. O əlavə edib ki, «valideynləri onun mühəndis olmasını istəyirdilər, sonda həkimlər onu elektriklə sağaldır, hərbçilərsə işgəncə verirdilər».

Braziliya yazıçısı və şairi Paulo Coelho 1947-ci ildə Rio-de-Janeyroda imkanlı ailədə doğulub.

Ailəsi onun ədəbiyyata marağını önləməyə çalışıb və gənci psixi xəstəxanaya yatırıb.
Coelho xəstəxanadan qaçıb, özünü nəğməkar şair kimi sınayıb.

Gələcəyin ünlü yazıçısı 1970-ci illərdə anarxistlər cəmiyyəti yaradıb və bu üzdən həbsə də atılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG