Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:54
-

Sabiq deputat Gülər Əhmədovanın həbs müddəti 3 ay artırılıb. Ötən gün istintaq orqanının G. Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı verdiyi təqdimata baxılıb.

G. Əhmədovanın hüquqi nümayəndəsi Zülfiyyə Bayramova APA-ya bildirib ki, Səbail Rayon Məhkəməsi həbs qətimkan tədbirinin 3 ay uzadılması barədə qərar qəbul edib.

G. Əhmədova və vəkilləri qərara etiraz ediblər. Vəkillər G. Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırsalar da, vəsatət təmin olunmayıb.

Gülər Əhmədova bu il fevralın 13-də saxlanıb. Həmin gün Səbail rayon Məhkəməsi keçmiş deputat haqqında 3 aylıq həbs qərarı çıxarıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 307.2 (qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddələri ilə ittiham olunur. G. Əhmədovanın adı 2012-ci il sentyabrın 25-də Beynəlxalq Universitetin sabiq rektoru, Fransada mühacirətdə olan Elşad Abdullayev rüşvətlə deputat mandatının alınmasından bəhs edən video qalmaqalında əsas fiqurlardan biri kimi hallanırdı.

Videoda Gülər Əhmədova olduğu iddia edilən bir qadın deputat mandatı üçün 1 milyon manat tələb edir. Videoda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də adı çəkilir.

Ramiz Mehdiyev videoda onun bərəsində danışılanları inkar edir. Gülər Əhmədova da videonu montaj hesab edir.

Videoçəkilişlərdə əks olunan məlumatlarla əlaqədar Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG