Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:24
Hazırda həbsdə olan keçmiş deputat Gülər Əhmıədovanın vəkili bu gün Bakı İstintaq Təcridxanasında onunla görüşüb.
Bu barədə APA-ya vəkil Raqif Mustafayevin özü məlumat verib.

O Gülər Əhmədovanın ürək tutmaları olduğunu deyib:
“Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov onkoloji xəstədir və artıq səhhətində ciddi problemlər yaranıb. Gülər Əhmədova bu xəbəri eşitdikdən sonra səhhəti daha da pisləşib və dərman qəbul etmədən yata bilmir”.

Raqif Mustafayev ibtidai istintaqın gedişindən narazı olduğunu qeyd edib.

Gülər Əhmədova hazırda dələduzluq ittihamı ilə həbsdədir.
Keçmiş universitet rektoru Elşad Abdullayev onu deputat seçilməsi əvəzində 1 milyon dollar tələb etməkdə təqsirləndirir.
O buna dair video yaydıqdan sonra Gülər Əhmədova deputat mandatından imtina edib və bu il fevralın 13-də məhkəmə onun barəsində həbs qərarı seçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG