Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:31
-

Gənc fəallar - Əbülfəz Qurbanlı, Turqut Qəmbərİlkin Rüstəmzadənin saçları saxlanma məntəqəsində qırxılıb.

Bu haqda AzadlıqRadiosuna Ombudsman Aparatının işgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Mexanizm Qrupunun rəhbəri Vüqar Məhərrəmov məlumat verib. O, mayın 7-də gənclərlə Həbs Olunanların Müvəqqəti Saxlanma Məntəqəsində görüşüb:

«Onların narazılıqları saçlarının qırxılmağı ilə bağlı idi. Saçları məntəqəyə gətiriləndə qırxılıb. Məsələni araşdırdıq. Məlum oldu ki, bu qanunvericiliyə uyğun edilib. Daxili İşlər Nazirliyinin 480 saylı əmrinə görə, şəxs məntəqəyə qəbul olunarkən sanitariya-gigiyena qaydalarına görə saçları qırxılmalıdır. Onlar isə dedilər ki, bu, iradələrinin əleyhinə olub. Mən onlara əmrin tələbini çatdırdım. Onu da dedim ki, bu məsələni araşdıracağıq».

Vüqar Məhərrəmovun sözlərinə görə, hüquq müdafiəçisi Novella Cəfəroğlu 3 gündür həmin gənclərə sovqat çatdırılmaması ilə bağlı Ombudsman Aparatına müraciət edib:

«Dövlət gündə onlara üç dəfə yemək verir. Üç gün imiş ki, onlar üçün sovqat qəbul olunmurmuş. Onlar üçün sovqat qəbul olunmasına tapşırıq verdik. Artıq bu gün qəbul olundu. Ancaq bununla bağlı özləri heç nə deməmişdilər».

Əbülfəz Qurbanlı, Turqut Qəmbər və İlkin Rüstəmzadə aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qətliamın anım mərasimində saxlanılmışdı. Nəsimi rayon məhkəməsinin qərarı ilə 10 sutka cəza alıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG