Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:55
-
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 4 il ötür.

Hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verib.

ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs "Makarov" tipli tapançadan istifadə edib.

İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.

Qanlı hadisə nəticəsində Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu (1940), Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı (1951) Neft qaz istehsalı və emalı texnikası kafedrasının müəllimi Vahidov Məcnun Abdulvahid oğlu, Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı; tələbələr Məmmədov Taleh Tariyel oğlu, Bəndəliyev Yusif Telman oğlu, Bağırov Ayaz Cavanşir oğlu, Cabbarov Savalan Allahverdi oğlu, Abdullayev Emin İmaməli oğlu, Babaşov Ruslan Cəfər oğlu,
Aslanov Ceyhun Sakit oğlu, Akademiyaya süd məhsulları gətirən Qurbanova Ayna Abbasqulu qızı öldürülüb.
-

Həmçinin oxu:
SİLAHLİ BASQIN BARƏDƏ RƏSMİ AÇIQLAMA
"HÜÇUM EDƏNİN FƏRDA OLDUĞUNU EŞİDƏNDƏ KƏND ŞOKA DÜŞDÜ"
"QARŞISINA ÇIXANI VURURDU" (şahidlərin dediklərindən)
FƏRDA QƏDİROV KİMDİR?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG