Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:16

N!DA-çının həbsi 2 ay uzadıldı


Məmməd Əzizov
Məmməd Əzizov
-

Mayın 2-də Nəsimi rayon məhkəməsində N!DA vətəndaş hərəkatının həbsdə olan üzvü Məmməd Əzizovun həbs müddəti 2 ay artırılıb. Onun ev dustaqlığına buraxılması üçün verilən vəsatət isə təmin olunmayıb.

Bu haqda AzadlıqRadiosuna Məmməd Əzizovun vəkili Fariz Namazlı məlumat verib:

«Məmməd Əzizova qarşı cinayət işinin istintaqı ev dustaqlığı şəraitində də aparıla bilərdi. Bunun cinayət işinə hər hansı maneçiliyi olmazdı. Çünki Məmməd Əzizov tələbədir. Həbsdə olduğu müddətdə onun təhsil hüquqları pozulur. Həm də ona qarşı irəli sürülən ittihamın əsası yoxdur. Təəssüf ki, məhkəmə bizim vəsatəti təmin etmədi, həbs müddətinin 2 ay artırılması qərarı verdi».

Məhkəmədə iştirak edən Məmməd Əzizov hər iki qərara etirazını bildirib.

Fariz Namazlı deyir ki, M. Əzizov həbs olunandan indiyə qədər bir dəfə ifadəsi alınıb. Başqa istintaq hərəkətləri keçirilməyib.

Vəkil gəncin təkrar dindirilməsi ilə bağlı da vəsatət verib:

«O, Milli Təhlükəsizlik Nazirliyində saxlanarkən ifadəni mənəvi təzyiq altında verib. Ona görə də təkrar dindirilməsini istəyirik».

Məmməd Əzizov martın 7-də həbs olunub. O, narkotik maddə saxlamaqda ittiham olunub.

N!DA Vətəndaş Hərəkatının 7 üzvü - Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı həbsdədir.

Onlara CM-nin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. Barələrində 3 aylıq həbs qərarı verilib.

İttiham sübuta yetirilərsə, onlar 5 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilərlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG