Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:41
Martın 27-də "Nida" vətəndaş hərəkatının həbsdə olan üzvü Məmməd Əzizovun Apellyasiya məhkəməsi olacaq.
Bu barədə musavat.com saytı hərəkatın mətbuat xidmətinə istinadla xəbər verir.

Qeyd edək ki, "Nida" hərəkatının 4 üzvü – Məmməd Əzizov, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Şahin Həsənli bu günlərdə saxlanıb və barələrində həbs-qətimkan tədbiri seçilib.

Onları vicdan məhbusu hesab edən “Amnesty İnternational” təşkilatı Azərbaycan hakimiyyətini gənclərin 4-də təcili azad etməyə çağırıb.

Hüquq mühavizə orqanları martın 9-da Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məmməd Əzizovun saxlanması ilə bağlı məlumat yayıblar.
Onlar martın 10-da «Fəvvarələr» meydanında keçirilən etiraz aksiyasında «Molotov kokteyli»ndən istifadəyə cəhddə ittiham olunurlar.

Hərəkatının İdarə heyətinin üzvü Rəşad Həsənov isə martın 14-də saxlanılıb.
O qanunsuz silah saxlamaqda ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG