Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:56
-
«Nida» Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər aprelin 22-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb. Bu haqda gənc fəal özü AzadlıqRadiosuna məlumat verib.
Onun sözlərinə görə, vəkili Osman Kazımovla saat 9.30-da idarədə olmalıdır: «Niyə çağrılmağım haqda geniş məlumat verilmədi. Ancaq «Nida»-çılarla bağlı çağırdıqları aydındır».
Turqut Qəmbər «Haqqınızda İdarə Heyətinin digər üzvləri kimi cinayət işi açıla və həbsdə saxlana bilərsizmi» sualını belə cavablandırdı: «Düşünmürəm. Nəsə demək çətindir. Amma biz bu aralar hər şeyə hazırıq».
«Nida»-nın 7 üzvü həbsdədir. Onlar haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Gənc fəallar Cinayət Məcəlləsinin 228.3 maddəsi ilə ittiham olunurlar.

Rəsmi məlumatda onlardan bəzisinin evindən narkotik maddə, martın 10-da əsgər ölümlərinə etiraz aksiyası zamanı istifadə etmək üçün «Molotov kokteyli» və 94 min manat pul tapıldığı deyilir. Ancaq «Nida» üzvləri bunu təkzib edirlər.

Beynəlxalq qurumlar gənclərə siyasi baxışlarına görə təzyiq eidlidyini bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG