Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:04

«İsaxan Aşurov» mükafatı Hilal Məmmədova verildi


-
Sülh və Demokratiya İnstitutunun təsis etdiyi «İsaxan Aşurov» mükafatı həbsdə olan hüquq müdafiəçisi Hilal Məmmədova verilib.
İnstitut bu qərarını martın 29-da EL hərəkatının ofisində keçirdiyi tədbirdə açıqlayıb.
Mükafatı Hilal Məmmədova çatdırmaq üçün onun vəkili Ramiz Məmmədov qəbul edib.
Hilal Məmmədov 2012-ci il iyunun 21-də tutulub. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir. O, Bakı Ağır Cinayətlər Məhkəməsində, qapalı prosesdə mühakimə olunur.
Sülh və Demokratiya İnstitutu «İsaxan Aşurov» mükafatını ötən il iyunun 23-də təsis edib.
Sovet dövründə və Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə daxili işlər orqanlarında məsul vəzifələrdə işləmiş İsaxan Aşurov 1996-cı ildən vəkil kimi çalışıb. Ötən il iyunun 22-də o, ABŞ-da, müalicə aldığı xəstəxanada vəfat edib.
XS
SM
MD
LG