Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:07

Əkrəm Əylislinin pyesi əsasında tamaşanı ləğv etdilər


Akamdemik Milli Dram Teatrı

Akamdemik Milli Dram Teatrı

-

“O kimdir ki, biz onun tamaşasını səhnələşdirək?”


Əkrəm Əylislinin “Yazığam, sevmə məni” pyesi əsasında hazırlanan tamaşanın premyerası ləğv edilib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, artıq sosial şəbəkələrdə bu barədə məlumat yayılıb və məlum olub ki, son günlər yazıçının “Daş yuxular” romanı ətrafındakı gərgin müzakirə digər pyesinin taleyinə təsirsiz ötüşməyib. Belə ki, rejissor Nicat Kazmovun səhnələşdirdiyi, baş rolda Mehriban Xanlarovanın rol alacağı tamaşanı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirməkdən imtina edib.

Akamdemik Milli Teatrın truppa müdiri Elnur Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onlarda belə tamaşa oynanılmır: “Əkrəm Əylisli kimdir ki, biz onun tamaşasını səhnələşdirək”.

Mehriban Xanlarova isə “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, sözügedən tamaşada baş rol obrazını ona vermişdilər: ““Yazığam, sevmə məni” pyesində “Şirin” obrazını oynayacaqdım. Əkrəm Əylisli ilə bağlı son günlər yaranan söhbətdən sonra əsəri dayandırdılar. Hətta məşqlərə də başlamışdıq, hazırda məşqlər də dayandırılıb. O tamaşada oynamayacağam”.

***

Sözügedən pyesin rejissoru Nicat Kazımov isə açıqlamasında bildirib ki, “Yazığam, sevmə məni” pyesini səhnələşdirməyəcək: “Mən özüm əsəri səhnələşdirməkdən imtina etdim və Rey Kuminin “Qadın, kişi, pəncərə, meyit” əsərini tamaşaya hazırlayıram”.

qafqazinfo.com

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG