Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:47

Naxçıvanda erməni qırğını? (Fakt, yoxsa Əkrəm Əylislinin təxəyyül məhsulu?)


Əkrəm Əylisli

Əkrəm Əylisli

-

Yazıçı Əkrəm Əylislinin Rusiyanın "Drujba narodov" jurnalında çap edilmiş qalmaqallı "Daş yuxular" romanı erməni-Azərbaycan münaqişəsinə ölkədə doninant olan yanaşmadan fərqli baxış təklif edir.

Əsərdə tarixdə azərbaycanlıların da erməni qırğınlarında iştirak etdiyi iddia olunur. Məsələn, 1919-cu ildə Naxçıvanın Əylis kəndində (bu toponimin əslində ermənicə Aqulis olduğu vurğulanır) baş verənlər şahidlərin dilindən ümumiləşdirilmiş şəkildə belə təsvir edilir:

"Əylisin erməni əhalisi məsələdən qabaqacan duyuq düşməsin deyə Ədif bəyin 30-40 atlısı sübh tezdən kəndi evbəev gəzir, həm ermənilərə, həm də müsəlmanlara xəbər edirlər ki, bəs bu gün barışıq elan olunacaq və bundan ötrü hamı gərək təcili filan erməninin həyətinə toplaşsın.
Elə ki camaat deyilən yerə yığışır, türk əsgərləri müsəlmanlarla erməniləri bir-birindən ayırıb hərəsini həyətin bir başında cərgəyə düzürlər.

Qəfildən hardansa "Atəş" əmri səslənir və həyəti dövrəyə almış türk əsgərləri erməniləri güllə yağışına tuturlar. Çoxu dərhal ölür, sağ qalanlarınsa. sonuncu adamına qədər ya xəncərlə boğazını kəsirlər, ya da süngüylə işini bitirirlər. Kimləri ki elə ordaca basdırmaq mümkün olur, xəndək qazıb ya həyətdə, ya da bağçada basdırırlar, kimlərə ki yer olmur, aparıb yaxınlıqdakı evlərin tövləsinə, anbarına atıb od vururlar. Həmin gün evdən bayıra çıxmağa cürət eləməmiş müsəlman qadınları baş verənləri belə təsvir edirmişlər: "Bir həftə bütün arxlardan qan rəngində su axdı".


Yazı xəritədən aşağıda davam edir


Просмотреть увеличенную карту

Ədif bəyin qarğatək qara atı vardı. Atının belində, darvazanın ağzında dayanıbmış. "Atəş" əmri verib atını qamçılayır və çapıb gedir. Dərhal güllə yağışı yağmağa başlayır, sanki göylər uçub-tökülür aşağı, yerə kül yağır. Dünya yaranandan bəri kimsənin eşitmədiyi qışqırışma qopur. Həyətlərdəki bütün itlər də bir ağızdan hürüşməyə, ağaclardakı bütün qarğalar da birdən qarıldaşmağa başlayır. Hürkmüş sağsağanlar və göyərçinlər bir anda ağaclardan yox olur, uçub dağların arxasında gizlənirlər. Sanki yerdə bir cəhənnəm yaranmışdı və günəş də indicə göydən qopub yerə düşəcəkdi".


Romanda kəndin qoca sakini Nübar danışır ki, erməni qırğınında bəzi əylisli müsəlmanlar da iştirak ediblər:

"Düz sözümdü, Zülfü qardaş, Əylisin müsəlmanları min il də qala öz köhnə qonşularına xətər yetirməzdilər. Bizimkilərə o lənətə gəlmiş Ədif bəyin əmrindən sonra tamah güc gəldi. Əgər sənin atan Hacı Həsən o vaxt burda olsaydı, bəlkə də adamlar ondan utanıb-çəkinər, ermənilərin malını-mülkünü talan etməzdilər. Ermənilərin əmlakına gözü Əylisdə kilsə

Əylisdə kilsə

düşən beş-altı əclaf idi tamahına qul olub qan tökən".

Əsərin digər qəhrəmanı Zülfü kişi Əylisdə gələcək kürəkəni Sadayla söhbətləşərkən erməni qırğınına görə kənd sakinlərinin allahın qəzəbinə tuş gəldiyini, erməni evlərini tutanların orada xoşbəxt ola bilmədiklərini, övladlarınsa psixi pozğunluqlardan əziyyət çəkdiklərini söyləyir:

"Özün eşidirsən ki, müğdisi Alexsanın evini tutmuş Qəzənfərin iki oğlu hər gecə səslərini başlarına atıb necə söyüşürlər. Bu qardaşlar bir-birinin ətini də didməyə hazırdılar. Valideynlərin günahlarına görə övladları cəza çəkirlər.

Əzablara düçar etdiklərimizin ruhu bizə sakit yaşamağa imkan verməyəcək. Qəssab Məmmədağa xəncəriylə keşiş Mkrtıçın qızını küçənin ortasındaca qanına qəltan eləmişdi. Mən onun qocalığını görməmişəm. Amma Bakıya gələnlər danışırdı ki, it kimi gəbərib. Əvvəl gözləri tutulub, sonra beyninə qan sızıb, ağzı qulağının dibinə gedib. Üstəlik də qəbizdən əziyyət çəkirmiş yaman. Ayaqyolunda oturanda iniltisi ta Zəngəzurda eşidilirmiş".

(ruscadan tərcümə)

Görəsən, Əylisdə həqiqətən belə bir qətliam olubmu?
Bədii əsərdə təsvir edilənlər tarixi faktlarla nə dərəcədə uzlaşır?
Ədif bəy kim idi?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG